İnsan niyə əsnəyir?
Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.
Əsnəmə - baş beyində oksigen çatmamazlığına qarşı orqanizmin reaksiyasıdır.
Yuxiya getmə zamanı tənəffüsün tezliyi avtomatik olaraq aşağı düşür, ona görə də yuxu zamanı orqanizm daha az eneji sərf edir. Bu zaman yuxunu qovmağa çalışdıqda, beyində oksigen çatmamazlığı baş verir və onu aradan qaldırmaq üçün insan əsnəməyə başlayır. Əsnəmə zamanı ağ ciyərlərə daxil olan havanın miqdarı artır.
Qanda oksigenin və karbon qazının qatılığı yuxu arteriyasının bölünmə nahiyəsində yerləşən və qanın kimyəvi tərkibinə həssas olan xüsusi xemoreseptorlar vasitəsilə tənzim olunur.
Siqnallar həmin reseptorlardan beyinə gedərək burada emal olunur. Tənəffüsün əsas mərkəzi uzunsov beyində yerləşir. Tənəffüs mərkəzi sərbəst işləyə bilsə də beyin qabığı tərəfindən idarə olunur.
Əsnəmə insanlar arasında qeyri-verbal əlaqənin siqnallarından biridir. Əlaqənın bu növündə informasiya sözlərlə deyil, jestlər, pozalar və mimikalar vasitəsilə ötürülür. Bir nəfər əsnəyəndə ətrafdakıların da qeyri-iradi olaraq əsnəmələri də məhz bu fenomenlə izah olunur./Milli.Az
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 16 Oktyabr 2026 00:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















