Icma.az
close
up
RU
İnsan qurbanı köçəri quşlar: hər il 50 milyard...

İnsan qurbanı köçəri quşlar: hər il 50 milyard...

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bioloji müxtəlifliyin mühüm tərkib hissəsi olan quşlar müxtəlif təhlükələrlə üz-üzə qalır. Bu amillərə görə bəzi quş növlərinin populyasiyaları azalır, bəzilərinin isə nəsli kəsilir. Bəzi quş növlərində qlobal azalmalar müşahidə olunur. Araşdırmalar göstərir ki, quşları təhlükəyə atan amillər arasında həm iqlim şəraiti, həm təbii fəlakətlər, həm də insan faktoru var.

Ümumdünya Köçəri Quşlar Günü hər il may və oktyabr ayının ikinci həftəsində xatırlanır. May ayının ikinci şənbə günü (11 may 2024-cü il) köçəri quşların yuvalama yerlərinə getməsi və oktyabrın ikinci şənbə günü (12 oktyabr 2024-cü il) qışlama yerlərinə qayıtdıqları zaman qeyd olunur. Bu günün təsis edilməsində məqsəd köçəri quşların ekosistemlərin sağlamlığında və bioloji müxtəlifliyin qorunmasında oynadığı mühüm rolu vurğulamaqdır. Həmçinin, onların köç yolları boyunca qarşılaşdıqları təhlükələrə, o cümlədən yaşayış sahələrinin məhv olması, iqlim dəyişikliyi və çirklənmə kimi problemlərə diqqət çəkmək məqsədi daşıyır.

Hər il 50 milyarddan çox quşun dünyanın bir yerindən digərinə köç etdiyi təxmin edilir. 1979-cu ildə imzalanmış “Vəhşi Heyvanların Köçəri Növlərinin Mühafizəsi haqqında Konvensiya (CMS)” kimi beynəlxalq müqavilələr quşların mühafizəsini təmin etmək və bu istiqamətdə ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.

Köçəri quşlar çoxalma və qışlaq yerləri arasında səyahət edərkən marşrutlarını təsadüfi seçmirlər. Onlar yol boyu dincələcəkləri uyğun yaşayış yerləri olan xüsusi yollarla gedib-qayıdırlar. Müxtəlif növ quşlar müxtəlif məsafələrə köç edir. Bəzi miqrasiyalar iki dəfə dünya səyahətinə bərabərdir və uzunluğu 70 min kilometrdir, bəzi köçlər isə daha qısa olur.

Son illərdə ən mühüm ekoloji problemlərdən birinə çevrilən plastik çirklənmə bütün dünyada vəhşi təbiət üçün ciddi risklərə səbəb olur. Plastik tullantılar köçəri quşlar üçün üç dəfə daha çox təhlükə yaradır. Plastik tullantıları qida zənn edib qəbul edən quşların mədələri həzm olunmayan maddələrlə dolu olur. Mədəsi dolu olan, lakin qida qəbul etmək ehtiyacı hiss edən quşlar yemək yeyə bilmir, bu da onların aclıqdan ölməsinə səbəb olur. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının saytında dərc edilən məlumata görə, mədəsində plastik tullantılar olan 265 quş növü var ki, bunlardan ən azı 147 növü dəniz quşları, 69-u şirin su quşları və 49-u quru quşlarıdır. Tədqiqat göstərir ki, dəniz quşlarının təxminən 40 faizinin mədəsində plastik var.

Bəzən quşlar alışdıqları normal iqlim şəraitinin əksi ilə də qarşılaşırlar. Bu da ekstremal vəziyyətlərə səbəb ola bilər. Bu halda quşlar da, bir çox vəhşi heyvanlar kimi xüsusilə qida və su təminatı baxımından çətin vəziyyətdə qalırlar. Həddindən artıq qar, yağış, habelə həddindən çox istilər səbəbindən bir çox quş həyatını itirir. Yağışlar, normadan artıq temperatur və bunun nəticəsində yaranan quraqlıq quşları təhlükəyə atan iqlim faktorlarındandır. Qlobal istiləşmə, buzlaqların əriməsi, eləcə də daşqın və sel fəlakətləri də quşların köçəri həyatına təsir edən amillərdəndir. Həmçinin, quraqlıq da köçəri quşların qarşılaşdığı mühüm iqlim faktorlarından biridir. Xüsusilə uzun miqrasiya yollarında su mənbələrinin quruması bir çox quşun həyatını itirməsinə səbəb olur.

Əgər miqrasiya zamanı təbii fəlakətlər baş verərsə, bu daha çox köçəri quşun məhvi deməkdir. Məsələn, yüzlərlə və ya minlərlə mil uçan bir quş sürüsü qəfil fırtına ilə qarşılaşırsa böyük qismi, yaxud da bütövlükdə sürü məhv olur. Həmçinin bəzi təbii fəlakətlər səbəbindən köçəri quşlar naməlum marşrutla gedirlər, bilmədikləri qitə boyu miqrasiya etmək məcburiyyətində qalırlar, nəticədə az qida ehtiyatı, uyğun yaşayış mühitinin olmaması və ya gözlənilməz yırtıcılar kimi əlavə təhlükələrə məruz qala bilirlər.

Bu gün insanlar təkcə quşlara deyil, qlobal miqyasda bütün təbiətə zərər verən ən mühüm təhlükədir. İnsan fəaliyyəti nəticəsində quşların yaşayış yerlərinin məhv edilməsi, ovçuluq, quşların beynəlxalq ticarəti və ətraf mühitin çirklənməsi insan tərəfindən törədilən ən mühüm təhlükələrdir. İnsan fəaliyyəti nəticəsində havanın çirklənməsi, benzin, təbii qaz, kömür və neftin yanması, istixana emissiyaları nəticəsində yaranan dəm qazı quşların sinir sistemlərinə birbaşa təsir etdiyi üçün onların anormal nəfəs almasına, iflic olmasına səbəb olur.

Quşlar bütün dünyada şirin su ekosistemlərinin, bataqlıq ərazilərin və sahilyanı ərazilərin mühüm komponentləridir. Bütün quş növlərinin 11-23%-i ilin ən azı bir hissəsində daxili sulardan istifadə edir. Suların çirklənməsi onların ölümü deməkdir. Quşların su içdiyi mənbələrə neft sızıntıları, xüsusən də su quşları üçün böyük təhlükə yaradır. Böyük miqyaslı neft sızıntıları çox vaxt minlərlə quşu öldürür.

Sənayeləşmə də quşların həyatı üçün təhlükəli vəziyyətlər yarada bilir. Şübhəsiz ki, sənayeləşmənin insanlara çoxsaylı faydaları var, lakin eyni zamanda zərərləri də mövcuddur. Üstünlüklərinə baxmayaraq, sənayeləşmə qlobal istiləşmə, ətraf mühitin çirklənməsi və ekoloji deqradasiyaya da səbəb oldu. İnsanlardan başqa heyvanlar da sənayeləşmənin zərərli təsirlərinə məruz qalır. Bu kontekstdə köçəri quşlar sənayeləşmənin yaratdığı təhlükədən nəsibini alır, xüsusilə onların miqrasiya yollarında yerləşən sənaye müəssisələri, onların borularından çıxan zəhərli tüstü, qaz təhlükə yaradır.

Quşların urbanizasiyadan də zərər gördüyü məlumdur, lakin bu təsirlərin miqyası quş növləri arasında dəyişir. Şəhərləşmənin quşlara təsiri ilə bağlı əksər tədqiqatlar da göstərir ki, bu proses quşları təhlükəyə sürükləyən qlobal problemdir. Bəzi quş növləri şəhər mühitində yuva qurma və qidalanma imkanlarından istifadə edə bilər, lakin populyasiya sıxlığı artdıqca bir çox növün populyasiyası azalır və ya tamamilə yox olur. Həmçinin, urbanizasiya, şəhərləşmə, cəlbedici şəhər işıqları hər il 980 milyon quşun yüksəkmərtəbəli binalara çırpılıb ölməsinə səbəb olur.

Meşələr də quşların artması, qida təminatı baxımından əhəmiyyətli amildir. Müxtəlif ekosistemlərin olmasına və yaşayış mühiti xüsusiyyətlərinə görə ən mühüm vəhşi təbiət əraziləri olan meşələrin hər il azalması quşlara da təsir edir. Meşə yanğınlarının çoxalması quşların yaşama ərazisinin arealını kiçildir, nəsil artırma qabiliyyətləri azalır, qida təminatları zəifləyir. Torpaqda, ağaclarda və kollarda yuva quran quşlar üçün yeni yuvalama yerləri tapmaq, kök salmaq kifayət qədər uzun vaxt tələb edir. Bundan əlavə, yuvalama dövründə baş verən meşə yanğınları quş yumurtalarının və balalarının məhvinə səbəb olur. Meşə yanğınları dolayı yolla köçəri quşlara da təsir edir, çünki quşların miqrasiya zamanı istirahət və qidalanma yeri kimi istifadə etdiyi meşələr yanğından zərər görərsə, köçəri quşların da bu vəziyyətdən mənfi təsirlənməsi qaçılmazdır.

Su anbarları, bəndlər və SES-lər də ekosistem itkilərinə, ekoloji deqradasiyaya və nəticədə biomüxtəlifliyin azalmasına səbəb olur. Bataqlıqlarda yaşayan quşlar üçün bu təhlükə daha çoxdur. Bəndlər bataqlıq ərazilərdə suyun miqdarını azaldır, həyatı bataqlıqdan asılı olan quşlar və bir sıra su canlıları üçün təhlükələrə səbəb olur. Son illərdə bütün dünyada həyata keçirilən iri bənd layihələri təbii yaşayış mühitində böyük pozuntulara səbəb olub. Su anbarlarının, bəndlərin, SES-lərin yaxınlığındakı yaşayış yerlərində məskunlaşan quşlar ciddi su problemi yaşayır və məcburən onlara xarakterik olmayan ərazilərə köçürlər. Lakin bataqlıq quşlarının yaşaması və ekosistemdən çıxmaması üçün xarakterik mühit lazımdır, bu mühiti tapa bilməyən quşlar tədricən məhv olurlar.

Yüksək gərginlikli elektrik xətlərində hər il 174 milyon quş can verir. Meşələrin içindən keçən, meşəlik ərazilərə yaxın çəkilən magistral yollarda hər il 340 milyon quş ölür. Hər il rabitə qüllələrində 6,8 milyon quş, neft və qaz çuxurlarında 1 milyon quş, külək turbinlərində 330 min quş can verir. Xüsusilə köçəri quşların ekoloji təsirlərdən qorunması və ya ehtiyat tədbirlərinin görülməsi mütləqdir. Ətraf mühit faktorlarının quşlara vurduğu zərər, ehtiyat tədbirləri ilə minimuma endirilə bilər. Doğrudur, təbii fəlakətlər quş populyasiyalarına zərər verir, lakin quşlar təbiət hadisələrinə müəyyən qədər sinə gərə, uyğunlaşa bilirlər. Lakin, insan fəaliyyəti nəticəsində yaranmış təhlükələrdən qoruna bilmirlər, xüsusilə ekoloji zərər görmələri onların nəslini kəsir.

Lalə Mehralı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:285
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 May 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri