Icma.az
close
up
RU
İnsan sədaqəti və qonşuluq münasibətlərini canavardan öyrənməlidir

İnsan sədaqəti və qonşuluq münasibətlərini canavardan öyrənməlidir

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Allah bütün heyvan və bitkiləri insanlara nümunə olaraq yaratmışdır. Məsələn, “Quran”ın “Bal arısı” surəsində açıq-aşkar göstərilir ki, Biz bal arısını (dövlət, ordu, ailə qurmaq və onları idarə etmək üçün) insanlara nümunə yaratdıq.

İlk insan ölünü dəfn etməyi qarğadan, toxuculuğu hörümçəkdən, zəhmətkeşliyi və qışa azuqə toplamağı qarışqadan öyrəndi…

Canavarda da nümunə götürüləsi bir çox müsbət keyfiyyətlər vardır (hansı ki, o keyfiyyətlər cəmiyyətimizdən artıq yoxa çıxmaq üzrədir). Məsələn, dişi canavar heç vaxt eşinə xəyanət etmir (!); ölənə qədər həyatında yalnız bir erkək canavar olur. Bununla Allah insanlara namuslu, qeyrətli olmağın vacibliyini mesaj verir. (İbrət alan varmı?)

İnsanın canavardan öyrənməsi vacib olan digər vacib xüsusiyyət qonşuluq münasibətləridir (qonşuya zərər verməmək, onun malına-mülkünə tamah salmamaq, qarət etməmək). Belə ki, canavarlar yaşadıqları ərazinin (kəndin, mahalın, obanın) heyvanlarına nəinki toxunmurlar, hətta, onları başqa yırtıcılardan qorumağa çalışırlar. Canavarlar ov etmək üçün kilometrlərlə yol qət edərək, digər mahala gedib, oradakı qoynları yeyirlər. Onların bu xüsusiyyətini bilən təcrübəli çobanlar fermalarının ətrafında canavar yuvası olanda sevinirlər ki, bura yırtıcı heyan hücum edə bilməyəcək. Kaş ki, indiki insanlar qonşuluq münasibətlərində canavar qədər etibarlı, sədaqətli olaydılar. Təəssüf ki, belə deyildir. İndi qonşuların böyük əksəriyyəti öz qonşusunu busmaqla, dövlət orqanlarına qonşudan gündəlik danons verməklə məşğuldurlar. Rayon və kənd yerlərində insanların böyük əksəriyyəti öz qonşusunun yolunu daraltmaqla, onlara əziyyət verirlər. Beləliklə, onlar ömürlük lənət qazanırar ki, bu da o biri dünyada cəhənnəm əzabına səbəb olur. Məncə ölmüş valideyninə yaxşılıq (ehsan) etmək istəyən hər bir övlad ilk növbədə qonşusundan halallıq almalıdır. Yəni, atası qonşusunun hasarın dəyişibsə, yolunu daraldıbsa, yaxud, başqa bir əziyyət veribsə, o ziyanı aradan qaldırıb, qonşudan atası üçün halallıq istəməlidir (qalan bütün ehsanlar bundan sonra gəlir. Bunu etsə ehsanlar qəbul olacaq). Çünki, o biri dünyada insandan ilk növbədə qonşuluq haqqı soruşulur. Odur ki, ailəyə sədaqətdə və qonşuluq münasibətlərində canavara bənzəməyə çalışın.

“İçərinizdə insanları yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir”. “Quran”, 3:104.

Paşa Yaqub .
Həkim, elmi-lədun bilicisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Dekabr 2024 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri