Icma.az
close
up
RU
İnsanın şəxsiyyətini formalaşdıran əsas amil nə yalnız təbiət, nə də yalnız tərbiyədir PSİXOLOQ İZAH ETDİ

İnsanın şəxsiyyətini formalaşdıran əsas amil nə yalnız təbiət, nə də yalnız tərbiyədir PSİXOLOQ İZAH ETDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

""İnsanın xarakterini formalaşdıran əsas amil nədir - təbiət, yoxsa tərbiyə?" sualı əsrlər boyu fəlsəfə və psixologiya tarixində müzakirə olunan əsas mövzulardan biri olub. Məşhur “nature vs. nurture” (təbiət və ya tərbiyə) mübahisəsi bu gün də aktuallığını qoruyur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib.

O bildirib ki, insan xarakteri yəni onun emosional reaksiyaları, davranış tərzi, dəyərləri və qərarvermə üsulu həm genetik (təbiət), həm də mühit və sosial öyrənmə (tərbiyə) faktorlarının qarşılıqlı təsiri nəticəsində formalaşır: "Təbiət anlayışı insanın doğuşdan gətirdiyi genetik xüsusiyyətləri, temperamentini, nevroloji strukturlarını və bəzi psixoloji meyllərini əhatə edir. Araşdırmalar göstərir ki, introvertlik, emosional reaktivlik, impulsivlik kimi temperament xüsusiyyətləri böyük ölçüdə irsi xarakter daşıyır. Beynin neyrokimyəvi strukturu, hormonal sistem və irsi psixoloji meyillər insanın ilk davranış nümunələrinə təsir edir. Məsələn, bəziləri doğuşdan daha sakit, digərləri daha enerjili və risk almağa meylli olur.

Onu da qeyd edim ki, təbiət bir başlanğıcdır, amma tərbiyə o başlanğıcı yönləndirən qüvvədir. İnsan körpəlikdən etibarən ailədə aldığı sevgi, təhlükəsizlik hissi, sərhədlər və qaydalar, cəmiyyətin dəyərləri və məktəb sistemində aldığı təhsil onun xarakterini ciddi şəkildə formalaşdırır. Məsələn, uşaqda liderlik potensialı ola bilər (təbiət), amma əgər onu daim sıxışdıran, təşviq etməyən mühitdə böyüyərsə, bu potensialın inkişafı mümkünsüz ola bilər.

Ona görə də bunların qarşılıqlı əlaqəsi vacibdir. Ən doğru yanaşma da bu iki faktorun bir-birini tamamladığını qəbul etməkdir. Təbiət insana müəyyən qabiliyyətlər və meyllər verir, tərbiyə isə onları yönləndirir, formalaşdırır və inkişaf etdirir. Məsələn, doğuşdan yüksək emosional həssaslığa malik bir uşaq, əgər empatiya və emosional tənzimləmə bacarıqlarının öyrədildiyi mühitdə böyüsə, bu həssaslıq onun üçün gücə çevrilə bilər. Əks halda, bu həssaslıq onun psixoloji sağlamlığına zərər vura bilər.

İnsan xarakteri sabit deyil, dəyişkəndir və zamanla, xüsusilə də həyat hadisələri, sosial təcrübələr və psixoloji dəstək nəticəsində formalaşır və inkişaf edir. İnsanın şəxsiyyətini formalaşdıran əsas amil nə yalnız təbiət, nə də yalnız tərbiyədir bu, onların kompleks və dinamik qarşılıqlı təsirinin məhsuludur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 İyun 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri