Icma.az
close
up
RU
Texnologiya nə yaxşı, nə də pisdir PSİXOLOQ İZAH ETDİ

Texnologiya nə yaxşı, nə də pisdir PSİXOLOQ İZAH ETDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Müasir dövrümüzdə texnologiyanın həyatımıza sıx daxil olması qaçınılmazdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Brainspotting terapisti Pərvanə Musayeva deyib.

O bildirib ki, texnologiyanın həm böyüklər, həm də uşaqların həyatına böyük təsiri var: "Texnologiya həm öyrənmə, həm də əyləncə vasitəsi kimi böyük imkanlar yaradır. Lakin onun düzgün və balanslı istifadəsi olduqca vacibdir. Balanslı yanaşma dedikdə, texnologiyanın faydalarından yararlanmaqla yanaşı, onun mümkün mənfi təsirlərini azaltmaq üçün sərhədlər və qaydalar qoymaq nəzərdə tutulur.

Balanslı yanaşma nədir?

Balanslı yanaşma texnologiyanın:

Məqsədli və ehtiyac yönümlü istifadə olunması (məsələn, öyrənmə, yaradıcılıq, əlaqə qurmaq)

-Müəyyən zaman limiti ilə istifadəsi (məsələn, gün ərzində ekran qarşısında keçirdiyi saatların müəyyənləşdirilməsi)

Valideynlər texnologiya istifadəsində düzgün yanaşmanı necə təmin edə bilərlər?

1.Nümunə olmaq
Uşaqlar, valideynlərin texnologiya ilə münasibətini müşahidə edərək öyrənir. Valideyn özü balanslı istifadə edirsə, uşaq da bu davranışı mənimsəyir.

2.Qaydalar müəyyənləşdirmək
Evdə texnologiya istifadə qaydalarını əvvəlcədən danışaraq razılaşdırmaq:
Ekran qarşısında maksimum vaxt (məsələn, 5-12 yaş üçün gündə 1-2 saat)

3.Yemək zamanı, yataq otağında telefon və planşetdən istifadə qadağası

4.Ailə ilə birgə texnologiyasız vaxtlar (kitab oxumaq, oyunlar, söhbətlər)

5.Alternativ fəaliyyətləri təşviq etmək.
İdman, rəsm, musiqi, açıq havada oyunlar kimi fəaliyyətlər uşağın texnologiyaya bağlılığını azaldır.

6.Birlikdə texnologiyadan istifadə
Filmləri, oyunları, proqramları birlikdə seçmək və izləmək, müzakirə etmək uşağın tənqidi düşüncə bacarığını inkişaf etdirir.

7.Rəqəmsal savadlılığı artırmaq
Uşağa internet təhlükəsizliyi, kibertəcavüz, şəxsi məlumatların qorunması mövzusunda maarifləndirmə aparmaq vacibdir".

"Texnologiya və sosial bacarıqların birbaşa əlaqəsi var. Yəni texnologiyanın həddindən artıq və tənasübsüz istifadəsi sosial bacarıqların zəifləməsinə səbəb ola bilər.
1. Uşaqlar real ünsiyyət imkanlarından məhrum olduqda empati, aktiv dinləmə, qarşılıqlı hörmət kimi bacarıqları zəif inkişaf edə bilər.
2. Yalnız virtual ünsiyyətlə kifayətlənən uşaq emosional ifadələri və bədən dilini anlamaqda çətinlik çəkə bilər.
3. Sosial narahatlıq və tənha hiss etmək riski arta bilər.

Texnologiya nə yaxşı, nə də pisdir, onun necə və hansı həcmdə istifadə olunması vacibdir. Valideynlərin və müəllimlərin əsas vəzifəsi uşaqlara texnologiyanın imkanlarından səmərəli yararlanmağı, eyni zamanda real həyatda sosial bacarıqlarını qorumağı və inkişaf etdirməyi öyrətməkdir. Balanslı yanaşma ilə texnologiya uşağın inkişafının düşməni deyil, dostuna çevrilə bilər" - deyə o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 İyun 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri