Icma.az
close
up
RU
İnsanlar niyə qeybət edir? Alimlər açıqladı

İnsanlar niyə qeybət edir? Alimlər açıqladı

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İllərlə davam edən fərziyyələrdən sonra antropoloqlar insanların niyə qeybət etdiyinə dair elmi əsaslı izah təqdim etdilər. Tədqiqatlar göstərir ki, qeybət təkcə fərdi davranış deyil, bütün dünyada bütün sosial qruplarda müşahidə olunan universal və dayanıqlı bir sosial modeldir. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, Vaşinqton Dövlət Universitetinin evolyusion antropologiya kafedrasından Nikole Hagen Hess bildirir ki, qeybət yalnız kiminsə arxasınca danışmaqdan ibarət deyil. O, bu anlayışı daha geniş formada izah edir: "Qeybət” - bir insanın reputasiyası ilə bağlı informasiyanın paylaşılmasıdır, istər müsbət, istərsə də mənfi niyyətlə olsun.

Qeybət - insanlar üçün sosial alət

İnsanların niyə bu davranışa meyilli olduğunu anlamaq üçün alimlər illərlə müxtəlif nəzəriyyələr irəli sürüblər. Məşhur britaniyalı antropoloq Robin Danbar "qeybəti”, primatların bir-birinin tükünü təmizləməsinə bənzədib. Bu davranış - "aloqrüminq” adlanır və yalnız gigiyena məqsədilə deyil, həm də sosial əlaqələrin qurulması, barışıq, stressin azaldılması və iyerarxiyada yerin müəyyən edilməsi üçün istifadə olunur. İnsanlarda tüklər olmadığı üçün qeybət, bu aloqrüminqin müasir ekvivalentinə çevrilib. İnsanlar da bu yolla münasibət qurur, kimə etibar etməyin mümkün olduğunu öyrənir və sosial məlumat mübadiləsi aparırlar.

Tədqiqat: qeybət insanlar arasında yaxınlıq yaradır

Dartmut Universitetində aparılan tədqiqat göstərdi ki, qeybət edən insanlar bir-birinə daha yaxın hiss edirlər, baxmayaraq ki, qeybət birbaşa danışılan şəxsin fikir və münasibətini dəyişdirmir. Əksinə, bu paylaşım iştirakçılar arasında bağlılıq hissini gücləndirir və sosial qruplarda əməkdaşlıq ruhunu artırır. Həmin tədqiqat zamanı iştirakçılara müxtəlif qrup oyunları təklif olundu və məlum oldu ki, qeybət imkanı verilən iştirakçılar daha çox pul xərcləməyə və daha çox əməkdaşlıq etməyə meyllidirlər.

Qeybət bəzən həyati önəm daşıyır

Antropoloqlar xüsusilə vurğulayırlar ki, bəzi hallarda, xüsusilə qadınlar üçün qeybət sadəcə əyləncə deyil, sağ qalmaq üçün mühüm strategiyadır. Nikole Hess qeyd edir ki, qadınlar potensial təhlükə yaradan kişilərlə bağlı məlumatları paylaşmaqla yaxınlarını qorumağa çalışırlar.

Reputasiya - həyatda qalma şərtidir

Bir insanın sosial iyerarxiyadakı mövqeyi onun reputasiyası ilə birbaşa əlaqəlidir. Pis reputasiya insanın statusuna, maliyyə imkanlarına, hətta əsas ehtiyaclara çıxışına mənfi təsir göstərə bilər. Bu səbəbdən insanlar daim öz imiclərini qorumağa və formalaşdırmağa çalışırlar. Qeybət həm də bu imici müdafiə etməyin və ya rəqiblərin nüfuzunu zəiflətməyin bir vasitəsidir.

Nəticə: Qeybət - universal insani keyfiyyətdir

Nikole Hess bildirir ki, istər əyləncə məqsədilə, istər təhlükəsizlik üçün, istərsə də sosial bağların möhkəmləndirilməsi naminə — qeybət artıq insan təbiətinin ayrılmaz bir hissəsidir. O, bu davranışın nə dəyərdən salınmalı, nə də görməməzlikdən gəlinməli olduğunu vurğulayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 İyul 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri