İnsanlar növbədə ölürlər Fransa xəstəxanalarında acınacaqlı vəziyyət
Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransada 80 yaşlı xəstə Nante Universiteti Xəstəxanasında təcili yardım növbəsində 9 saat gözlədikdən sonra ölüb.
Publika.az xəbər verir ki, həmişəkindən fərqli olaraq bu acı xəbəri mətbuata səhiyyə üzrə həmkarlar ittifaqları yox, xəstəxananın özü açıqlayıb və bununla, ölkədə xəstəxanalarında vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu bildirib.
Qeyd edilir ki, gecə saat 1 radələrində 80 yaşlı xəstə qəbul üzrə tibb bacısı və həkim tərəfindən müayinə edildikdən sonra gözləmə xəttinə yönəldilib. Təcili yardım şöbəsində xəstə 9 saat gözlədikdən sonra səhər saatlarında ölüb. Bildirilir ki, tibb müəssisələrində mövcud ağır şərait, xüsusilə də çarpayıların olmaması xəstəxanalarda problemlər yaradır və xəstələrə lazımi yardım göstərmək mümkün olmur.
“Force Ouvriere” assosiasiyası yaydığı bəyanatda getdikcə pisləşən şəraitdə ən yaxşı qayğı göstərmək üçün mümkün olan hər şeyi edən həkim komandalarına dəstəyini ifadə edib. Qurum, həmçinin tibbi çarpayının bağlanmasından təəssüflənib, bu vəziyyətin qarşısını almaq və məhdudlaşdırmaq üçün Nantes Universiteti Xəstəxanasında dərhal 120 çarpayının açılmasına çağırıb. Qeyd edilib ki, araşdırmaların nəticələrinə əsasən yaşlı insanların təcili yardımda gecələyəndən sonra ölüm nisbəti artıb. Bu, xəstəxana çarpayılarının olmamasının insan ölümünə yol açmasının sübutudur.
Xatırladaq ki, prezident E.Makron ölkədə xəstəxanalarda çarpayıların ləğv edilməsinə dair suala münasibət bildirərək xəstəxanaların “Mamadularla”, yəni fransızlar yox, məhz miqrantlarla dolu olduğunu demişdi. Solçular onun bu rasist fikrinin respublikaya təhqir olduğunu bildirmişdilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 24 Yanvar 2025 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















