“İnsanlar yox olurlar” İlon Mask
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Amerikalı milyarder və sahibkar İlon Mask Sinqapurda doğum səviyyəsinin artırılması uğrunda aparılan mübarizəni şərh edərkən bəşəriyyətin yox olmaq təhlükəsi ilə üz-üzə qaldığını bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə iş adamı özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“İnsanlar yox olurlar”, – deyə İ. Mask qeyd edib.
Milyarder Sinqapurun demoqrafiya siyasətindəki irimiqyaslı yeniliklərdən bəhs edən istifadəçinin paylaşımına reaksiya verib. Həmin istifadəçi mənzil əlçatanlığının yaxşılaşdırılması və məzuniyyət müddətlərinin artırılmasını əks etdirən tədbirlərin Sinqapur sakinlərinin nəsil artırma göstəricilərinin aşağı düşməsi ilə bağlı olduğunu yazıb.
Xatırladaq ki, bir qədər əvvəl Sinqapurun Baş naziri Lourens Vonq doğum səviyyəsini artırmaq məqsədilə valideynlərə hər uşaq üçün doğulduğu andan 17 yaşına qədər ümumilikdə 55 min dollardan çox ödəniş ediləcəyini bəyan etmişdi.
Baxış sayı:124
Bu xəbər 25 Avqust 2026 01:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















