Icma.az
close
up
RU
İnsanları yanlış fikrə yönəldən “HƏYAT KOÇ”ları niyə YOXLANILMIR?

İnsanları yanlış fikrə yönəldən “HƏYAT KOÇ”ları niyə YOXLANILMIR?

News24 saytına istinadən Icma.az xəbər verir.

Son illərdə özünü "həyat koçu" kimi təqdim edən şəxslərin sayı artır. Sosial şəbəkələrdə və müxtəlif platformalarda fəaliyyət göstərən bu şəxslər bəzən elmi əsaslara söykənməyən, hətta cəmiyyətin dəyərləri ilə ziddiyyət təşkil edən fikirlər səsləndirirlər. Bu vəziyyət, həm də "həyat koçu" adından istifadə edənlərin ixtisas və hazırlıq səviyyəsinin nə dərəcədə əsaslı olduğunu gündəmə gətirir.

Bu yaxınlarda özünü “şəxsi inkişaf və sağlam həyat tərzi koçu” kimi təqdim edən Çinarə Abasovanın açıqlaması müzakirələrə səbəb olmuşdu.

"Varlı kişilər” üçün əxlaqsızlığı “norma”laşdırmağa çalışan bu “həyat tərzi koçu” iddia edir ki, uğurlu və imkanlı kişilərin həyatında bir yox, iki, üç, dörd, hətta beş qadın olmalıdır.

Maraqlıdır, cəmiyyətə təsir gücü olan bu şəxslərin fəaliyyətinə nəzarət olunmalı deyilmi? Həmin şəxslərin fəaliyyəti hansı əsaslarla yoxlanmalıdır?

Bu sahədə hər hansı peşə və ya ixtisas tələbi olmalıdırmı?

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Bizim.Media- ya açıqlamasında bildirib ki, “həyat koçu” (life coach) kimi təqdim edilən şəxslərin artması həm ölkəmizdə, həm də qlobal miqyasda müşahidə olunur.

Bu isə bir tərəfdən psixoloji dəstəyə və fərdi inkişaf ehtiyacına olan tələbatın artdığını göstərsə də, digər tərəfdən müəyyən riskləri ortaya çıxarır.

"Belə ki, bəzi şəxslər həyat koçu adından istifadə edərək elmi əsaslardan uzaq, subyektiv və bəzən zərərli fikirlərlə çıxış edir, bu isə insanların psixoloji durumuna mənfi təsir göstərə, hətta onların qərarvermə prosesini yanlış istiqamətə yönləndirə bilər.

Qeyd edim ki, peşəkar psixoloji dəstək və fərdi inkişaf sahələri ciddi elmi-nəzəri bilik, etik prinsiplərə əsaslanmış yanaşma və praktiki hazırlıq tələb edir.

Təəssüf ki, bəzi “həyat koçları” heç bir psixoloji və ya pedaqoji təhsil almadan, sadəcə şəxsi təcrübələrə əsaslanaraq geniş auditoriyaya xitab edirlər. Bu isə cəmiyyətdə yanlış davranış modellərinin yayılmasına, psixoloji problemlərin daha da dərinləşməsinə və insan hüquqlarının pozulmasına səbəb ola bilir",- o deyib.

Psixoloq hesab edir ki, bu sahədə fəaliyyət göstərən şəxslərə nəzarət olunması vacibdir:

"Bunun üçün öncə “həyat koçu”, “mentor”, “fərdi inkişaf təlimçisi” kimi titulların istifadəsi hüquqi çərçivəyə salınmalı, bu adlar altında fəaliyyət göstərmək üçün minimum ixtisas və peşə standartları müəyyən olunmalıdır.

Eyni zamanda rəsmi peşə reyestrləri yaradılaraq yalnız tanınmış və yoxlanılmış təhsil və təcrübəyə sahib şəxslərin bu sahədə fəaliyyət göstərməsinə icazə verilməlisi məqsədəuyğun olardı. Bununla yanaşı vətəndaşlar maarifləndirilməli, psixoloji xidmət ilə fərdi inkişaf təlimləri arasında fərq izah edilməli, peşəkar mütəxəssislərlə qeyri-peşəkar şəxsləri ayırd etmələri üçün yol göstərilməlidir.

Digər tərəfdən bu sahədə fəaliyyət göstərmək istəyən şəxslərin ali təhsil səviyyəsində psixologiya, pedaqogika və ya sosial elmlər üzrə baza biliklərinə malik olmaları, etik kodeksə riayət etməyi öhdəlik kimi qəbul etmələri, davamlı peşəkar inkişaf proqramlarında iştirak etmək və sertifikatlaşdırılmış təlimlər keçmələrini, nəzarət (superviziya) və mentorluq prosesi içində fəaliyyət göstərmələrini zəruri hesab edirəm.

Ümumiyyətlə, həyat koçluğu sahəsində fəaliyyətin tam şəkildə tənzimlənməsi, bu şəxslərin ixtisas və etik cəhətdən qiymətləndirilməsi həm fərdi rifahın, həm də ictimai təhlükəsizliyin qorunması baxımından vacibdir. Elmi əsaslara və etik normalara söykənməyən yanaşmaların qarşısı alınmalı, cəmiyyətə psixoloji dəstək adı altında zərər verən modellər həm ictimai tənqidə məruz qalmalı, həm də hüquqi mexanizmlərlə tənzimlənməlidir",- deyə E.Rüstəmov fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 Aprel 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see199

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see173

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see158

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri