Icma.az
close
up
RU
İnsanların başqalarının fikrinə niyə bu qədər əhəmiyyət verir?

İnsanların başqalarının fikrinə niyə bu qədər əhəmiyyət verir?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Müasir dövrdə bir çox insan adi bir sözə, kiçik bir davranışa və ya başqalarının münasibətinə belə həddindən artıq həssas yanaşır.

Bəzən gün ərzində yaşanan bir hadisə insanın düşüncələrindən uzun müddət silinmir, deyilən sözlər dəfələrlə xatırlanır və müxtəlif ehtimallar üzərində düşünmək daxili narahatlığa səbəb olur. Bu hal insanın həm özünə münasibətinə, həm də ətrafındakı insanlarla ünsiyyətinə təsir göstərə bilər. 

Bəs insanlar niyə hər şeyi ürəklərinə salır, başqalarının fikirlərinə bu qədər əhəmiyyət verir və yaşanan hadisələri uzun müddət düşünməkdən özlərini necə xilas edə bilərlər?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, insanın gözləntiləri onun həyatına istiqamət verir, lakin problem bu gözləntilər reallıqla toqquşanda başlayır:

“İnsan hadisələrin necə baş verməli olduğunu əvvəlcədən müəyyənləşdirir. Reallıq bu gözləntilərə uyğun gəlmədikdə isə baş verənləri qəbul etmək əvəzinə, hadisələrin başqa cür ola biləcəyini düşünür.  Dəfələrlə eyni suallara qayıdır, keçmişi zehnində dəyişdirməyə çalışır və özünü reallaşmamış ehtimalların içində saxlayır. 

Adi bir sözün belə ağır emosional reaksiya yaratması bəzən insanın özünə inamının başqalarının münasibətindən asılı olması, rədd edilmə qorxusu və keçmiş təcrübələri ilə əlaqəlidir. İnsan deyilən sözün özündən çox, ona verdiyi mənadan əziyyət çəkir. İnsan hər kəsin onun gözləntilərinə uyğun davranacağına inandıqca daha çox məyus olur. Başqalarının davranışlarını idarə etmək mümkün deyil, lakin insan öz gözləntilərini və hadisələrə verdiyi mənanı yenidən qiymətləndirə bilər.

Burada təcrübənin rolu böyükdür. İnsan zamanla anlamalıdır ki, hər söz təhqir deyil, hər fikir onun haqqında verilmiş hökm deyil və hər münasibət onun dəyərini müəyyənləşdirmir”.

Onun sözərinə görə, psixoloji yetkinlik heç nədən inciməmək deyil, hər hadisəni şəxsi dəyərinə yönəlmiş hücum kimi qəbul etməməkdir:

“Davamlı düşünmək problemi həll etmir, əksinə, insanın diqqətini, vaxtını və enerjisini tükəndirir.  İnsan eyni hadisəni dəfələrlə təhlil edir, deyilməmiş sözləri, baş verməmiş ehtimalları və başqalarının mümkün reaksiyalarını düşünür. Nəticədə real həyatda həll etməli olduğu məsələlər arxa plana keçir, qərarvermə çətinləşir, diqqət dağınıqlığı, yuxu problemləri, təşviş, emosional tükənmə və depressiv əlamətlər yarana bilər.

Uzun müddət yığılan gərginlik insanın davranışlarına da təsir edir, onu səbirsiz, aqressiv və münasibətlərdə daha həssas edə bilir. İnsan bəzən baş vermiş hadisədən deyil, həmin hadisə haqqında zehnində qurduğu ssenarilərdən əziyyət çəkir.

Bu vəziyyətdən çıxmaq üçün insan ilk növbədə düşüncənin həll yolu ilə eyni olmadığını anlamalıdır. Özünə sual verməlidir, mən problemi həll edirəm, yoxsa eyni fikri təkrar edirəm?

Problem həll edilə bilirsə, konkret addım atmaq, insanın nəzarətindən kənardadırsa, onu dəyişdirmək cəhdindən imtina etmək lazımdır. Başqalarının fikirlərinə gəldikdə isə insan qəbul etməlidir ki, hamının onu bəyənməsi nə mümkündür, nə də zəruridir. 

Başqalarının düşüncələrini idarə etməyə çalışmaq insanın öz həyatını başqalarının mühakiməsinə təslim etməsidir. İnsan başqalarının nə düşündüyünü hesablamaqla yaşadıqca öz istəklərindən, seçimlərindən və azadlığından uzaqlaşır”.

Psixoloq qeyd edib ki, həddindən artıq düşünmək gündəlik həyata ciddi maneə yaradırsa, psixoloqa müraciət etmək məqsədəuyğundur.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: fikir Rövşən Nəcəfov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Oktyabr 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri