Icma.az
close
up
RU
İnsanların böyük əksəriyyəti niyə sağlaqdır?

İnsanların böyük əksəriyyəti niyə sağlaqdır?

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

İnsanların təxminən 90 faizinin sağ əldən istifadə etməsi ilk baxışda sıradan bir vərdiş kimi görünə bilər. Amma mövzunu bir qədər araşdırdıqda bunun 2 ayaq üzərində yeriməkdən, beynin böyüməsindən, dilin yaranmasından, alət istifadəsindən və hətta solaxayların niyə hələ də yox olmayıb günümüzə qədər gəlib çatmasından bəhs edən geniş bir təkamül hekayəti olduğu ortaya çıxır.

“Yeni Sabah” xəbər verir ki, bu mövzuda yaxın zamanda aparılmış maraqlı araşdırmalardan biri də Oksford Universitetində həyata keçirilib. Tədqiqat 

41 fərqli primat növü üzərində aparılıb və insanlarda sağlaqlığın mənşəyini izah etməyə çalışıb. Sezar pizza

Araşdırmanın əsas nəticəsi budur ki, insanlarda sağlaqlığın formalaşmasında iki mühüm təkamül amili rol oynayıb: iki ayaq üzərində yerimək və beynin həcminin böyüməsi.

Əcdadlarımız 2 ayaq üzərində yeriməyə başladıqda əllər artıq hərəkət üçün istifadə olunmurdu. Beləliklə, əllər tutmaq, daşımaq, kəsmək, yonmaq və ətraf mühiti dəyişdirmək kimi daha incə və mürəkkəb işlər üçün sərbəst qalıb.

Bu mərhələdə beyin də motor bacarıqları təsadüfi şəkildə idarə etmək əvəzinə, müəyyən funksiyaları konkret sahələrdə cəmləşdirməyə başlayıb.

Əsas məqam ensefalizasiya, yəni beynin böyüməsi prosesidir. Beyin böyüdükcə enerjidən daha səmərəli istifadə etmək üçün funksiyaları müəyyən bölgələrdə toplamağa üstünlük verdi. Beynin sol yarımkürəsi dil, ardıcıllıq, motor planlama və incə hərəkətlər kimi sahələrdə dominant mövqeyə keçdi.

Sol yarımkürə bədənin sağ tərəfini idarə etdiyi üçün sağ əl zamanla üstünlük qazandı. Başqa sözlə desək, sağlaqlıq beynin enerjiyə qənaət edən asimmetrik quruluşunun davranışlara əks olunmuş forması hesab edilir.

Bu səbəbdən sağlaq olmaq sadəcə hansı əllə yazdığımızla bağlı məsələ deyil. Daş yonan, alət hazırlayan, jestlərlə ünsiyyət quran və sonradan dili inkişaf etdirən insanın bədənində yaranmış qədim asimmetriyanın günümüzə qədər gəlib çatan izidir.

Mütəxəssislər hesab edirlər ki, dil, jestlər, motor planlama və alət istifadəsi bir-birindən ayrı proseslər deyil. Bunların hamısı insanın təbiətlə münasibətlərinin dəyişməsi nəticəsində eyni sinir sistemi üzərində formalaşıb.

Mövcud məlumatlar göstərir ki, neandertallarda da sağ əldən istifadə meyli güclü olub. Onların dişlərindəki aşınma və kəsik izləri alətlərdən istifadə zamanı əl-ağız koordinasiyasının hansı istiqamətdə üstünlük təşkil etdiyini göstərən mühüm ipucları verir.

Digər tərəfdən, daha kiçik beyinli və ağaclara dırmaşma xüsusiyyətlərini tam itirməmiş Homo floresiensis kimi növlər üzərində aparılan müşahidələr sağlaqlığın iki ayaq üzərində yerimə və beyin böyüməsi ilə birlikdə güclənən xüsusiyyət olduğunu düşündürür.

Əgər sağlaqlıq bu qədər üstünlük təşkil edirsə, onda solaxaylar niyə tamamilə aradan çıxmayıb?

Bu suala cavab olaraq alimlər “döyüş hipotezi”ni irəli sürürlər. Nəzəriyyəyə görə, sağlaqların çoxluq təşkil etdiyi bir dünyada solaxay insanlar rəqibləri üçün həmişə gözlənilməz olublar.

Zərbənin, silahın və ya hər hansı fiziki hərəkətin qeyri-adi istiqamətdən gəlməsi solaxaylara yaxın təmaslı qarşıdurmalarda müəyyən üstünlük verib.

Bu üstünlüyün əsas səbəbi isə onların azlıq təşkil etməsidir. Əgər hamı solaxay olsaydı, həmin üstünlük də aradan qalxardı. Təkamül bəzən məhz fərqliliyə görə azlıq qruplarını qoruyub saxlayır.

Əlbəttə, bu nəzəriyyə son həqiqət kimi qəbul edilmir. Lakin solaxaylığın niyə tamamilə yox olmadığını izah edən ən güclü ehtimallardan biri hesab olunur.

Qısacası, sağlaqlıq insan beyninin daha səmərəli işləmək istəyinin və iki ayaqlı həyat tərzinin milyonlarla il davam edən təkamülünün nəticəsi kimi görünür.

Solaxaylıq isə bu böyük sistemin içində təkamülün qoruyub saxladığı maraqlı istisnalardan biridir. Təbiət insanların böyük əksəriyyətini sağ əllə formalaşdırsa da, oyunun qaydalarını dəyişdirə biləcək “sol əli” heç vaxt tamamilə səhnədən silməyib.

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 İyun 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri