İnsanlıq tarixinə düşmüş qanlı hadisə
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir".
Newscenter.az xəbər verir ki, bunları Yeni Azərbaycan Partiyasının üzvü Kəmalə Ələkbərova deyib. O bildirib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla müşayiət olunub:
"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Məqsəd bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi".
Anar
Bu mövzuda digər xəbərlər:Xocalı: İnsanlıq tarixinə yazılmış qanlı gecə
26 Fevral 2025 14:24
İnsanlıq təhlükədəmi?
18 Dekabr 2024 07:18
Xocalı soyqırımı İnsanlıq tarixinin qanlı səhifəsi
11 Mart 2025 12:17
Xocalı soyqırımı İnsanlıq tarixinin qanlı səhifəsi FOTOLAR
26 Fevral 2025 10:29
İnsanlıq hələ ölməyibmiş…
23 Yanvar 2026 22:58
Baxış sayı:128
Bu xəbər 26 Fevral 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















