Instagram da gözlənilən funksiya tətbiq edildi
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Instagram" sosial şəbəkəsində artıq paylaşılan hekayələri ("Story") redaktə etmək mümkün olacaq.
Bu barədə layihənin rəhbəri Adam Mosseri sosial şəbəkədəki səhifəsində bildirib.
Onun sözlərinə görə, yeni funksiya paylaşım etdikdən dərhal sonra yazı səhvi aşkar edən istifadəçilər üçün faydalı olacaq. Əvvəllər səhvi düzəltmək üçün hekayəni silib yenidən paylaşmaq lazım gəlirdi. İndi isə bunu birbaşa redaktə etmək mümkündür.
Belə ki, istifadəçilər paylaşım etdikdən sonra 15 dəqiqə ərzində mətni, musiqini, stikerləri və rəsmləri dəyişə biləcəklər. Mosserinin sözlərinə görə, redaktə baxış, bəyənmə və cavab sayına təsir etməyəcək.
Artıq paylaşılmış hekayəni redaktə etmək üçün ekranın sağ aşağı küncündəki üç nöqtəyə toxunmaq və müvafiq seçimi seçmək lazımdır.
///oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 20 Noyabr 2026 05:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















