Icma.az
close
up
RU
İnsulin dirənci, şəkər, xolesterin... Məşhur həkim orucun faydalarını sadaladı

İnsulin dirənci, şəkər, xolesterin... Məşhur həkim orucun faydalarını sadaladı

Icma.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Tibbi baxımdan yanaşdıqda oruc insan orqanizmi üçün ciddi bir metabolik tənzimləmə və fizioloji yenilənmə prosesidir. Bir həkim kimi qeyd etmək istəyirəm ki, düzgün və nəzarətli şəkildə tutulan oruc sadəcə mənəvi saflaşma deyil, həm də bədənin bioloji balansını bərpa edən bir mexanizmdir.

İnsan orqanizmi fasiləsiz qida qəbuluna uyğun yaradılmayıb. Müasir həyat tərzi olan tez-tez və həddindən artıq qidalanma, yüksək kalorili və emal olunmuş məhsulların istifadəsi metabolik sistemə davamlı yük yaradır. Oruc isə bu sistemə müəyyən zaman kəsiyində istirahət imkanı verir.

Medicina.az xəbər verir ki, bu sözləri, millət vəkili, kardiocərrah Rəşad Mahmudov deyib.

“Oruc zamanı orqanizm enerji mənbəyi olaraq qlükozadan lipid istifadəsinə keçir. Bu keçid metabolik elastikliyi artırır, qaraciyər piylənməsinin azalmasına, triqliserid və “pis” xolesterinin səviyyəsinin düşməsinə müsbət təsir göstərə bilər. Eyni zamanda insulin həssaslığının yaxşılaşması,Iı tip 2 diabet riskinin azalmasına dəstək verə bilər. Hüceyrə səviyyəsində isə qida fasiləsi autofagiya mexanizmlərini aktivləşdirərək hüceyrədaxili “təmizlənmə” proseslərini gücləndirir.

Ürək-damar sistemi baxımından da düzgün aparılan oruc arterial təzyiqin stabilləşməsinə, damar divarındakı iltihabi proseslərin azalmasına və endotel funksiyasının yaxşılaşmasına müsbət təsir göstərə bilər. Uzunmüddətli perspektivdə bu, ateroskleroz riskinin azalmasına xidmət edən faktorlardandır.

Bununla yanaşı, orucun psixoloji və neyroloji təsirləri də az əhəmiyyətli deyil.

Qida üzərində nəzarət insanın ümumi davranış və qərarvermə mexanizmlərinə intizam gətirir. Stressə qarşı adaptasiya artır, zehni fokus güclənir və insan öz bədəni ilə daha şüurlu münasibət qurmağa başlayır.

Lakin burada əsas məsələ çox vacibdir ki, orucun sağlamlıq üçün faydalı olması iftar və sahurda qidanın kontrollu və balanslı qəbul edilməsindən birbaşa asılıdır.

Əgər iftar süfrəsi həddindən artıq şəkərli, yağlı və yüksək kalorili qidalarla doludursa, qısa zaman ərzində həddindən artıq miqdarda kalori qəbul edilirsə, o zaman orucun metabolik faydası azalır və əksinə, kilo artımı və metabolik stress yarana bilər. Oruc tutmaqla yanaşı, iftar və sahurda ölçü prinsipinə əməl etmək əsas şərtdir.

Eyni zamanda qeyd edilməlidir ki, hər kəs üçün oruc eyni tibbi nəticəni vermir. Ağır ürək çatışmazlığı, irəliləmiş böyrək xəstəlikləri, insulinə bağlı ağır diabet və bəzi digər klinik hallarda oruc məsələsi mütləq həkimlə fərdi qaydada müzakirə edilməlidir.

Nəticə olaraq, oruc sadəcə mənəvi bir ibadət deyil. Düzgün və şüurlu şəkildə tətbiq olunduqda o, metabolik balansın bərpasına, ürək-damar risk faktorlarının azalmasına və insanın öz həyat tərzi üzərində daha şüurlu nəzarət qurmasına kömək edə bilən güclü bir bioloji tənzimləmə mexanizmidir”.


Aygün M

Medicina.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 20 Fevral 2026 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri