İnsult gənclər arasında da artır: Kardioloq əsas riskləri açıqladı
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
İnsult son illər gənc yaşda olan insanlarda da daha çox müşahidə olunur.
Sherg.az xəbər verir ki, bunu kardioloq və terapevt Andrey Kondraxın bildirib.
Onun sözlərinə görə, gənclər arasında əsas risk faktorlarından biri düzgün olmayan qidalanmadır. Hərəkətsiz həyat tərzi, alkoqol, siqaret və transyağların qəbulu da damar problemlərinə səbəb olaraq insult riskini artıra bilər.
Həkim əsas risk faktorları arasında yüksək arterial təzyiq və “pis” xolesterinin səviyyəsinin yüksək olmasını qeyd edib. Bundan əlavə, şəkərli diabet, ürək-damar xəstəlikləri, artıq çəki, xroniki stress və yuxu çatışmazlığı da insult ehtimalını artırır.
Kondraxın başgicəllənmə, koordinasiya və yerimə problemləri, başda “dumanlılıq” hissi və baş ağrısını narahatedici əlamətlər kimi göstərib.
Həkim insultun qarşısının alınması üçün düzgün qidalanmağı, kifayət qədər yatmağı, fiziki aktivliyi artırmağı, siqaretdən imtina etməyi və mütəmadi tibbi müayinələrdən keçməyi tövsiyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 28 Sentyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















