Icma.az
close
up
RU
Sığorta çərçivəsində dərman təminatı infarkt və insult riskini azaldacaq Kardioloq

Sığorta çərçivəsində dərman təminatı infarkt və insult riskini azaldacaq Kardioloq

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verildiyi kimi, 2026-cı ildən etibarən ölkədə ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta çərçivəsində təmin ediləcək.

Bəs bu xəstələrin müalicə prosesinə necə təsir edəcək?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən kardioloq Ülvi Mirzəyev bildirib ki, ürək-damar xəstəlikləri üzrə dərmanların icbari tibbi sığorta çərçivəsində təmin olunması xəstələrin müalicə prosesinə və həyat keyfiyyətinə mühüm müsbət təsirlər göstərəcək:

“Dərmanların əlçatan və davamlı təmin olunması xəstələrin müalicəyə sadiqliyini artıracaq. Çünki ürək-damar xəstəliklərində müalicənin effektivliyi uzunmüddətli və fasiləsiz dərman qəbulundan asılıdır. Dərman təminatının sığorta çərçivəsində olması xəstələrin maliyyə yükünü azaldaraq, onları müalicəni yarımçıq qoymaq riskindən qoruyacaq. Bu, həm xəstələrin həyat keyfiyyətini yüksəldəcək, həm də xəstəliklərin ağırlaşma və təcili hospitalizasiya hallarını azaltdığı üçün səhiyyə sisteminə düşən ümumi yükü azaldacaq. Eyni zamanda sığorta çərçivəsində dərman təminatı profilaktik təsir göstərəcək. Xəstələrin infarkt və insult kimi həyati təhlükəli fəsadlardan qorunmasına, əmək qabiliyyətini uzun müddət qoruyub saxlamağa imkan verəcək”.

Kardioloq əlavə edib ki, bu addım həm ayrı-ayrı pasiyentlərin sağlamlığı və rifahı, həm də ölkəmizin ümumi ictimai səhiyyə göstəriciləri üçün strateji əhəmiyyət daşıyır.

Ülkər Cəlilzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 22 Avqust 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see264

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri