Icma.az
close
up
RU
İnsultun növləri

İnsultun növləri

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ədəbiyyatda hemorraqik (beyinə qan sızma) və işemik (beyin infarktı) insultları qeyd edilir. Hemorraqik insult daha ağırdır.

Əksər hallarda bu tip qansızmaya arterial təzyiqin kəskin artması səbəb olur – bu təzyiqə davam gətirməyən qan damarı cırılır və qan beyin toxumasına yaxud beyin qişaları altına sızır. Qanın beyin toxumasına hopması nəticəsində iri bir sahədə ödem inkişaf etməsi və hətta həmin sahənin tam sıradan çıxması üçün bir neçə dəqiqə kifayət edir.

Hemorraqik insulta 45-60 yaşında qadın və kişilər daha çox meylli olur. Bir qayda olaraq, həmin hal gündüz vaxtı və qəflətən baş verir, daha çox əsəbi və ya fiziki gərginlik, həyəcan, həddən artıq yorulmadan sonra qeyd olunur. Bəzən bu növ insultdan bilavasitə əvvəl xəstədə üzün qızarması, baş ağrısı, ətrafdakı əşyaları qırmızı rəngdə görmək kimi əlamətlər qeyd edilir. Daha sonra xəstədə çaşqınlıq vəziyyəti, nitqin pozulması, patoloji hissiyat, nəbzin azalması (bradikardiya) və gərgin olması, arterial təzyiqin və hərarətin artması, alının tərləməsi kimi simptomlar qeyd olunur. Bu arada huşun yüngül kütləşməsi onun tam itirilməsinə və hətta koma vəziyyətinə qədər inkişaf edə bilər – insan qəflətən başı daxilində bir “zərbə” hiss edir və huşunu itirir.

Bu zaman xəstənin xarici görünüşü də spesifikdir: küylü və ya xırıltılı tənəffüs, boyun nahiyyəsində damarlarda nəbzin bəzən hətta gözlə izlənə bilməsi, xəstənin baxışının bir tərəfə yönəlməsi, qusma, bəzən ətrafların iflic olması.

Xəstəliyin digər növü isə işemik insult və ya baş beyinin infarktı adlanır. Bu halda nə damarın cırılması, nə də qansızma baş verir, lakin qanın damarla hərəkəti əhəmiyyətli dərəcədə azalır və ya tam dayanır – səbəb isə damarın kəskin daralması (spazm) və ya tutulması olur. Damarın tutulması zamanı “tıxac” rolunu qan laxtası (tromb) və ya aterosklerotik atma oynayır.

Hemorraqik insultdan fərqli olaraq işemik insult surətlə inkişaf etmir, simptomlar isə qısa müddətdən sonra azala və ya tam aradan qalxa bilər (kiçik insult). Lakin bu həmin növ insultun az təhlükəli olması anlamına gəlmir – tıxacın ölçüləri tədricən və ya qəflətən artarsa beyinin müvafiq hissəsi qan təminatından tam məhrum ola bilər. Oksigensiz və qidalandırıcı məddələrsiz qalan beyin hüceyrələri bir neçə dəqiqəyə məhv olur.

Bu növ insultun əlamətləri kimi insanın görmə qabiliyyətinin, nitqinin, huşunun, hərəkət koordinasiyasının pozulması və ya ətrafların tam iflic olmasını göstərmək olar. İşemik insult daha çox gecə və ya səhərə yaxın baş verir. Bu xəstəliyə hemorraqik insultdan 4-5 dəfə daha çox rast gəlinir, ona tuş gələnlərin yaşı isə əsasən 60-dan yuxarı olur. Əsas səbəb isə əksər hallarda eynidir – arterial təzyiqin artması.

İşemik insult, hiyləgər yırtıcı kimi, insana asta-asta və gizlicə yaxınlaşır – ilk mərhələdə heç bir ağrı və ya əhəmiyyətli dərəcədə xoşagəlməz hisslər olmur: əldə, ayaqda və ya yanaqda azca keyləşmə, nitqində yüngül dəyişikliklər, baş gicəllənməsi və ya bulanıq görmə. Nə xəstə, nə yaxınları fövqaladə halın başlanması haqda düşünmürlər və beləliklə də çox qiymətli vaxt itirilir – bu ilk saatlarda beyinin zədələnmə dərəcəsini azaltmaq və ya tam qarşısını almaq mümkündür.

Buna görə yaxınlarınıza qarşı diqqətli olun! Xüsusən də risk qrupuna aid olan şəxslərə! İnsultun ilkin əlamətlərinə azca da şübhə olarsa sadə bir test keçirin – xəstədən aşağıdakıları xahiş edin:

1. Gülümsəməyi. İnsult zamanı təbəssüm əyri ola bilər və ya dodaqların bir ucu yuxarı əvəzinə aşağı yönələ bilər.

2. Danışmağı. Orta bir cümləni ifadə etsin – nitqinin dəyişilməsinə diqqət yetirin.

3. Hər iki əlini qaldırmağı. Hər iki qol eyni dərəcədə və simmetrik qalxmırsa, bu insultun əlaməti ola bilər.

4. Dilini ağzından çıxarmağı. Dilin əyri və ya qeyri-adi formada olması, bəzən bir tərəfə doğru meyl etməsi də insultun əlamətlərindəndir.

5. Ovucları yuxarı çevirməklə əlləri irəliyə uzatmağı və gözlərini bağlamağı. Əllərin biri yana və aşağıya doğru “sürüşürsə”, bu da insultun əlamətlərindəndir.

Həmin əlamətlərdən biri xəstədə qeyd edilərsə və yaxud xəstə ümumiyyətlə bu çalışmaları yerinə yetirməkdə çətinlik çəkərsə, dərhal təcili tibbi yardımı çağırın! Təcili yardım briqadası gələnə qədər xəstəni uzandırın, yastığını hündür edin, dar paltarlarını boşaldın və yaxasını açın. Xəstəyə tam rahatlığı və sakitliyi təmin edin, pəncərə və ya nəfəsliyi açaraq otağın havasını dəyişin. Xəstəni bir dəqiqə də olsa nəzarətsiz qoymayın və öz həyəcanınızı büruzə verməyin. Çağırışa gəlmiş tibb işçilərinə dəqiqliklə tam məlumat verin.

İnsult əlamətləri qısa müddət “görsəndikdən” sonra tam aradan qalxsa belə, arxayın olmayın - hökmən təcili yardımı çağırın! Xəstə mütləq xəstəxanaya aparılmalı və dəqiqliklə müayinə olunmalıdır!

İnsultun ilkin əlamətləri aşkar olunduqda, təcili yardım işçiləri xəstəni uzanaq vəziyyətdə xərək üstündə müvafiq xəstəxanaya çatdırmalıdırlar. İnsult diaqnozunun dəqiqləşdirilməsi üçün müvafiq həkim-mütəxəssis kompyuter və ya nüvə-maqnit rezonansı tomoqrafiyası (KT və ya MRT) və digər müayinələri təyin edə bilər.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see630

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see514

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see272

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see238

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see228

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see206

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see198

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see184

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see183

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see178

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see178

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see175

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see171

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see167

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see163

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see160

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see148

Türkiyədə kontr admiral sosial şəbəkədəki sözlərinə görə həbs edildi

18 Avqust 2026 02:03see144

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see143

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri