İnsultun müalicəsində YENİLİK
Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Oksford Universiteti (İngiltərə) alimləri aşkar ediblər ki, insult keçirmiş xəstələrin reabilitasiyası zamanı beyinin elektrik cərəyanla stimulyasiyası çox müsbət nəticələr verir.
BBC xəbər verir ki, araşdırmada 24 nəfər insult keçirmiş xəstə iştirak edib. Onların hamısında qol hərəkətlərində ciddi problemlər var idi.
9 xüsusi məşq zamanı xəstələr fiziki hərəkətlər edirdi və onların bir hissəsi beyinin elektrostimulyasiyası proseduradan keçirdi. Bu iştirakçıların baş dərisinə elektrodlar bərkidilirdi və zəif elektrik cərəyan buraxılırdı. Elektrostimulyasiyanın 1 seansı 20 dəqiqə ərzində davam edirdi.
Eksperimentin nəticəsində məlum olub ki, elektrostimulyasiya alan pasiyentlər qolları ilə daha yaxşı hərəkət edirdi, müstəqil şəkildə yemək yeyə bilirdi. Bu effekt reabilitasiya kursu bitdikdən sonra da qalıb.
Saglamolun.Az
Baxış sayı:95
Bu xəbər 15 Noyabr 2024 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















