Icma.az
close
up
RU
İntellektual Gənclərin İnkişaf Düşərgəsi uğurla yekunlaşıb

İntellektual Gənclərin İnkişaf Düşərgəsi uğurla yekunlaşıb

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Aprelin 30-dan mayın 3-dək Qusar Olimpiya İdman Kompleksi ərazisində “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş “İntellektual Gənclərin İnkişaf Düşərgəsi – 2” layihəsi uğurla həyata keçirilib.

525.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Dövlət İqtisad Universiteti-nin Zaqatala filialının dəstəyi ilə, Xəzər İntellektual Gənclər Klubu və Consensus Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Təşkilatçıların verdiyi məlumata əsasən, layihənin əsas məqsədi gənclərin intellektual potensialının inkişaf etdirilməsi, onların analitik düşünmə və qərarvermə bacarıqlarının gücləndirilməsi, komanda işi vərdişlərinin formalaşdırılması, eləcə də “Memarlıq və Şəhərsalma İli” çərçivəsində bu sahəyə dair biliklərinin artırılması olub. 

Dörd gün davam edən proqram çərçivəsində gənclər üçün zəngin və çoxşaxəli fəaliyyətlər təşkil olunub. Təlim və panel müzakirələr “Media savadlılığı və PR”, “İntellektual komanda quruculuğu”, “Həvəskar müəlliflikdən peşəkarlığa”, “Mənim intellekt layihəm” və “İntellektual gələcək – sərhədsiz təhsil, məsuliyyətli idarəçi” kimi aktual mövzuları əhatə edib. Bu sessiyalar iştirakçıların yalnız nəzəri biliklərinin artırılmasına deyil, həm də praktiki bacarıqlarının inkişafına yönəlib.

İnteraktiv formatda təşkil olunan təlimlər zamanı iştirakçılar müzakirələrdə fəal iştirak edib, qrup işləri vasitəsilə real problemlərin həlli istiqamətində ideyalar irəli sürüblər. Xüsusilə “Mənim intellekt layihəm” mövzusu çərçivəsində gənclər tərəfindən müxtəlif innovativ layihə konsepsiyaları hazırlanaraq təqdim edilib. Bu təqdimatlar onların yaradıcı düşünmə və layihə hazırlama bacarıqlarını nümayiş etdirməsinə imkan yaradıb.

Layihə çərçivəsində mentor dəstəyi xüsusi yer tutub. Təcrübəli mütəxəssislərin rəhbərliyi ilə iştirakçılar intellektual sualların hazırlanması, oyun strategiyalarının qurulması və komanda daxilində effektiv əməkdaşlığın təşkili istiqamətində praktiki biliklər əldə ediblər. Bu yanaşma düşərgənin öyrədici və tətbiqyönümlü xarakterini daha da gücləndirib.

Düşərgə proqramında iştirakçıların asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzində saxlanılıb. Müxtəlif komanda oyunları, əyləncəli fəaliyyətlər və intellektual yarışlar gənclərin həm istirahət etməsinə, həm də qeyri-formal mühitdə ünsiyyət qurmasına şərait yaradıb. “Breyn Rinq”, “Xəzərin Sahilində quiz” və “Nə? Harada? Nə zaman?” formatında təşkil olunan yarışlar isə iştirakçılar arasında yüksək maraqla qarşılanıb və rəqabət mühitini daha da gücləndirib.

Düşərgənin son günü xüsusi dinamika və birlik ab-havası ilə yadda qalıb. Komandalar hazırladıqları intellektual layihələri təqdim edərək həm biliklərini, həm də əldə etdikləri bacarıqları nümayiş etdiriblər. Təqdimatların ardından layihənin rəsmi bağlanış mərasimi keçirilib və iştirakçılara düşərgə ərzində göstərdikləri fəallığa görə təşəkkür edilib.

Layihənin yekun nəticələrinə əsasən Gəncə komandası I yerə layiq görülüb. Müfaviq olaraq  ikinci və üçüncü yerlərə Bakı komandası və Mingəçevir komandaları layiq görülüb. Qaliblər müvafiq mükafat və hədiyyələrlə təltif olunublar. Bununla yanaşı, düşərgədə iştirak edən bütün gənclərə sertifikatlar təqdim edilib.

Ümumilikdə, “İntellektual Gənclərin İnkişaf Düşərgəsi – 2” layihəsi gənclərin intellektual inkişafına töhfə verən, onların sosial və liderlik bacarıqlarını gücləndirən, yaradıcı potensiallarını üzə çıxaran və gələcək fəaliyyətləri üçün möhkəm zəmin yaradan uğurlu təşəbbüs kimi dəyərləndirilir. Layihə həmçinin ölkədə intellektual hərəkatın inkişafına dəstək olmaqla yanaşı, gənclər arasında bilik və əməkdaşlıq mühitinin daha da genişlənməsinə xidmət edir.

Həmçinin qeyd edək ki, bu il ana dilli intellektual hərəkatın 25 illik yubiley ilidir və təşkil edilən bütün silsilə tədbirlər məhz buna həsr edilir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://525.az
archiveBu xəbər 05 May 2026 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri