Icma.az
close
up
RU
Menu

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Gənclərin yaradıcılıq düşərgəsi: “ArchiVision Camp 2 2025” Qubada yekunlaşıb

Gənclərin yaradıcılıq düşərgəsi: “ArchiVision Camp 2 2025” Qubada yekunlaşıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 4 iyun, AZƏRTAC

Quba şəhərində “ArchiVision Camp 2 – 2025” gənclər düşərgəsi keçirilib. Layihə Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) tərəfdaşlığı çərçivəsində baş tutub. Üç gün davam edən düşərgədə tələbələrə innovativ təlimlər, yaradıcı sessiyalar, praktiki məşğələlər və sosial fəaliyyətlər təqdim olunub.

Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib.

Düşərgə Ulu Öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsinin ziyarəti ilə rəsmi şəkildə start götürüb. Daha sonra “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan açılış mərasimində müxtəlif rəsmi qurumların nümayəndələri çıxış edərək layihənin əhəmiyyətinə toxunublar.

AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev çıxış edərək universitetin bu təşəbbüsünün əhəmiyyətindən danışıb. O bildirib ki, bu cür düşərgələr tələbələrin yaradıcılıq potensialını artırmaqla yanaşı, onların komanda mühitində öyrənmə və inkişaf etmə imkanlarını genişləndirir.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova çıxışında Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin bu gün də uğurla davam etdirildiyini qeyd edib və gənclərin belə təşəbbüslərdə fəal iştirakının önəmini vurğulayıb.

Gənclər və İdman Nazirliyinin əməkdaşı Cəmilə Rzayeva layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək iştirakçılara düşərgə müddətində uğurlar arzulayıb.

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Mustafa Nöhbalayev isə tələbələrə motivasiyaedici tövsiyələr verərək düşərgənin onlara həm şəxsi, həm də peşəkar inkişaf baxımından faydalı olacağını söyləyib.

Düşərgə proqramı zəngin və çoxşaxəli məzmunu ilə diqqət çəkib. İlk təlimlərdən biri Quba Gənclərin İnkişafı və Karyera Mərkəzinin direktoru Eyvaz Xeyrullayev tərəfindən təqdim olunub. “Komanda quruculuğu, liderlik və yaradıcı sənayedə aparıcılıq” mövzusunda keçirilən təlim zamanı iştirakçılar komanda ilə işləmək, liderlik bacarıqları və yaradıcı sahələrdə təşəbbüskar olmaqla bağlı faydalı biliklər qazanıblar. Təlim interaktiv üsullarla aparıldığı üçün tələbələr həm nəzəri biliklər, həm də qrup işləri vasitəsilə praktiki bacarıqlar əldə ediblər.

Ardınca “Art Major Academy”nin müəllimləri Abuzər Heybətli və Vaqif Hüseynlinin təqdimatında “Ağıllı ev, maket və ölkədə yeni tendensiyalar” adlı təlim keçirilib. Tələbələr burada müasir memarlıqda tətbiq olunan texnoloji yeniliklərlə tanış olaraq ağıllı ev konsepsiyası və davamlı tikinti prinsiplərini əyani şəkildə öyrəniblər. Təlimin davamında təşkil olunan praktiki hissədə tələbələr komanda ilə birlikdə ağıllı ev maketi hazırlayıblar. Bu fəaliyyət onlarda həm yaradıcı düşüncə, həm texniki tətbiq bacarıqları, həm də real layihə mühitində işləmə təcrübəsi formalaşdırıb.

Günün sonunda isə tələbələr futbol, stolüstü tennis və voleybol üzrə keçirilən idman yarışlarında iştirak edərək bir-biriləri ilə daha yaxından tanış olublar və düşərgənin sosial mühitində fəal şəkildə yer alıblar.

İkinci gün AzMİU İnnovativ biznes inkubator bölməsinin rəhbəri Rasim Abdullayevin təqdimatında “AI və rəqəmsal texnologiyaların memarlıq və dizayna təsiri” mövzusunda təlim keçirilib. Bu sessiyada süni intellektin şəhərsalma, dizayn və layihələndirmə proseslərindəki rolu geniş müzakirə edilib.

Eyni gündə ERA Araşdırma şirkətinin direktor müavini Kənan Həsənovun “Bazar necə çalışır?” mövzusunda təlimi də keçirilib. Təlimdə iştirakçılar real bazar mexanizmləri, məhsulun düzgün hədəf auditoriyasına çatdırılması və effektiv bazar strategiyaları ilə bağlı ilkin biliklərə yiyələniblər.

Düşərgənin diqqətçəkən mərhələlərindən biri Rasim Abdullayevin ikinci təlimi – “İdeyadan məhsula: dizayn düşüncəsi və startap yanaşması” olub. Bu mərhələdə tələbələr öz ideyalarını inkişaf etdirərək onları real layihələrə çevirməyin yollarını öyrəniblər.

Təlimlərdən sonra keçirilən HAKATON mərhələsi düşərgənin kulminasiya nöqtəsinə çevrilib. Tələbələr “Gələcəyin dayanıqlı şəhəri”, “Smart Kampus” və “Kəndin rəqəmsal inkişafı” kimi mövzular ətrafında komandalarla işləyərək ideyalar formalaşdırıb. Konseptual təqdimatlar hazırlayan komandalar innovativ yanaşmalarını münsiflər heyətinə təqdim ediblər. Layihələr funksionallıq, sosial fayda, dayanıqlılıq və texnoloji tətbiq baxımından qiymətləndirilib.

Hakatonun sonunda komandalar ideyalarını münsiflər heyətinə təqdim edərək bir-biri ilə yarışıblar. Münsiflər təqdim olunan layihələri yenilikçilik, praktiklik, sosial fayda və təqdimat bacarığı baxımından dəyərləndiriblər. Bu mərhələ tələbələrin təqdimat bacarıqlarının və komanda işinin inkişafına xüsusi töhfə verib.

Günün sonunda isə “Marshmallow və concept party” təşkil olunub. Axşam əyləncəsi tələbələr üçün düşərgənin gərgin və məhsuldar gününü yaddaqalan bir atmosferlə tamamlayıb.

Düşərgənin üçüncü günü səhər idmanı ilə başlayıb, ardınca rəsmi bağlanış və mükafatlandırma mərasimi təşkil olunub. Fərqlənən iştirakçılar müxtəlif nominasiyalar üzrə təltif olunublar.

Mərasimdə Hakaton mərhələsində fərqlənən komandalar xüsusi diqqət mərkəzində olub. Münsiflərin qiymətləndirməsi əsasında I, II və III yerlərə layiq görülən komandalar xüsusi mükafatlarla təltif olunub, onların təqdim etdiyi layihələr innovativlik, dayanıqlılıq və sosial fayda baxımından yüksək dəyərləndirilib.

Son olaraq təşkil olunan Quba şəhər turu tələbələrin regionun tarixi və mədəni irsi ilə tanışlığına imkan yaradıb. Tələbələr Qırmızı Qəsəbədə dünyanın ən qədim dağ yəhudi icmalarından birinin həyat tərzi ilə tanış olub, Dağ Yəhudiləri Muzeyini və Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Tur Quba Soyqırımı Memorial Kompleksi ilə yekunlaşıb, burada iştirakçılar Azərbaycan tarixinin faciəli səhifələrinə nəzər salıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see478

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see342

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see341

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see335

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see321

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see301

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see288

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see277

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see263

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see249

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see241

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see237

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see237

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see233

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see221

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see216

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see212

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see204

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see202

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri