“İnter” və “River Pleyt” futrbolçuları arasında kütləvi dava
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Klublararası dünya çempionatının E qrupunun üçüncü turu çərçivəsində keçirilən "İnter" - "River Pleyt" oyunundan sonra xoşagəlməz hadisə yaşanıb. Sport24.az xəbər verir ki, hakimin final fitindən sonra İtaliya və Argentina klublarının futbolçuları arasında kütləvi dava düşüb.
Matçın sonunda argentinalı müdafiəçi Markos Akunya niderlandlı Denzel Dumfrislə bir neçə dəfə toqquşub. Futbolçular hər dəfə dava salmağa çalışsalar da, hakimlər onları ayırıblar. Lakin matç başa çatandan sonra hər iki komandanın futbolçuları paltardəyişmə otağına yollanan zaman kütləvi davaya başlayıblar. Oyunçular və məşqçilər Akunyanı sakitləşdirməyə çalışarkən Dumfries paltardəyişmə otağına qaçıb.
Qeyd edək ki, "İnter" qrup mərhələsini 7 xalla başa vuraraq birinci yeri tutub və turnirin 1/8 finalına yüksəlib. Onun rəqibi F qrupunda ikinci yeri tutan Braziliya təmsilçisi "Fluminense" klubu olacaq. "River Pleyt" isə E qrupunda üçüncü yeri tutaraq turniri tərk edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 26 İyun 2025 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















