Icma.az
close
up
RU
“River Pleyt” mübarizəni erkən dayandırdı

“River Pleyt” mübarizəni erkən dayandırdı

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın 23-27-si aralığında keçirilən oyunlarla Argentina çempionatının Klausura (bağlanış) mərhələsində 1/8 final arxada qaldı.

"Football-plus.az" xəbər verir ki, bu mərhələnin diqqəti daha çox cəlb edən nəticələri “Rosario Sentral” ilə “River Pleyt”in mübarizəni erkən dayandırması oldu.
Xatırldaq ki, A və B qrupunda hərəyə 15 komanda birdövrəli sistemlə mübarizə aparıb. A qrupunda ilk 8 yeri tutan “Boka Xuniors”, “Union”, “Rasinq”, “Sentral Kordoba”, “Arxentinos Xuniors”, “Barrakas Sentral”, “Tiqre” və “Estudiantes” 1/8 finala çıxıb. B qrupunda azarkeşlərini sevindirənlər isə “Rosario Sentral”, “Lanus”, “Deportivo Riestra”, “Veles Sarsfild”, “San Lorenso”, “River Pleyt”, “Ximnasiya” və “Talyeres de Kordoba” idi. Qrupu lider kimi başa vuran “Rosario Sentral”ın sonuncu turda “İndependyente”yə minimal hesabla uduzması ilə Ariel Olanın komandasının məğlubiyyətsiz seriyası qırılmışdı. Başqa sözlə, qrup turnirində uduzmayan iştirakçı olmadı. Ölkə nəhənglərindən “River Pleyt”in qrupu 6-cı yerdə başa vurmasını da qeyd edək. Vurğulanası digər fakt isə “Platense”nin Klausuranı fiasko ilə başa vurması idi. İyunun 1-də Aperturanın (açılış) çempionu olan komanda bu dəfə B qrupunda sonuncu yeri tutaraq pley-offa çıxa bilməyib! Qeyd edək ki, 1/8 finalın cütləri komandaların qruplardakı mövqeyinə əsasən müəyyənəşib. Məsələn, A qrupunda 1-ci yeri tutan B qrupunda 8-ci, A qrupunun ikincisi digər qrupun yeddincisi ilə qarşılaşır. Bu qayda ilə 1/8 final oyunlarında cütlər püşk atılmadan formalaşıb.
Bu mərhələdə əksər favoritlər qalib gələrək 1/4 finala adladı. Əlbəttə, B qrupunda lider olan “Rosario Sentral”ın digər qrupda 8-ci yeri tutan “Estudiantes”ə öz meydanında uduzması (0:1) ilk növbədə vurğulanmalıdı. Ölkə nəhəngi “River Pleyt” də növbəti mərhələdə görünməyəcək. Marselo Qalyardonun komandası “Rasinq”ə 2:3 hesabıyla uduzdu. Bu da var ki, “River” B qrupunu 6-cı yerdə başa vurduğu üçün bu səbəbdən ilk pley-off oyununu səfərdə keçirməyə məcbur idi. Avelyanedada baş tutan matçda ev sahiblərinin qələbə qolunu son dəqiqələrdə vurduğunu da qeyd edək.
Beləliklə, noyabrın 29-30-da və dekabrın 1-də keçiriləcək 1/4 final üçün cütlər belə formalaşdı: Sentral Kordoba - Estudiantes, Boka Xuniors - Arxentinos Xuniors, Barrakas Sentral - Ximnasiya, Rasinq - Tiqre.
1/8 final
Veles Sarsfild - Arxentinos Xuniors 0:2

E.Lopes, 58; 62.
Sentral Kordoba - San Lorenso 2:1
Varaldo, 67-p. Florentin, 90+1 – Qulyi, 45+1.
Rosario Sentral – Estudiantes 0:1
Setre, 31.
Boka Xuniors - Talyeres de Kordoba 2:0
Merentyel, 28; 46.
Deportivo Riestra - Barrakas Sentral 0:1, əlavə vaxtda
Blandi, 115.
Rasinq - River Pleyt 3:2
Solari, 4. Martines Kuarta, 73-öz qapısına. Martirena, 90+3 – Subiabre, 62. Kintero, 64.
Union – Ximnasiya 1:2
Tarraqona, 53 – Panaro, 18. E.Martines, 24.
Lanus – Tiqre 0:1
D.Romero, 48.
Bombardirlər: R.Martines (Platense) - 8, Di Mariya (Rosario Sentral), Kastilyo (Lanus), M.Torres (Ximnasiya) - 7, X.Errera (Deportivo Riestra) - 6.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Dekabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri