Icma.az
close
up
RU
“İnter” “River Pleyt”i evə göndərdi

“İnter” “River Pleyt”i evə göndərdi

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Serxio Ramosun şərəfini qoruduğu “Monterrey” pley-offa yüksəlmək üçün həm özü qalib gəlməli, həm də qrupun digər oyununda 2:2 və ya daha qollu heç-heçənin qeydə alınmayacağına ümid bəsləməli idi.

"Football-plus.az" xəbər verir ki, hər şey meksikalıların istədiyi kimi oldu.
Bu komanda “Urava Red Daymonds”un 183 sm boya malik qapıçısının zəif yerinin uzaq məsafədən vurulan zərbələr olduğunu müəyyənləşdirəndən sonra artıq ilk yarıda intriqanı öldürdü. 30-39-cü dəqiqələrə təsadüf edən hər üç qol məhz uzaq məsafədən vuruldu. Yekunda “Monterrey” 4 cavabsız qolla parlaq qələbə qazandı.
İtaliya və Argentina nəhənglərinin dueli isə gözlənildiyi kimi gərgin və maraqlı alındı. “İnter” müəyyən üstünlüyə malik olsa da, ümumilikdə 2-ci hissənin ortalarına qədər oyun bərabər səviyyədə keçirdi. Qolsuz bərabərlik milanlılara sərf etmirdi. Ona görə də komanda son yarım saatda təzyiqi artırmağa başladı. Matçın qırılma anı 65-ci dəqiqəyə təsadüf etdi. Martines Kuarta “son ümid folu”na görə birbaşa qırmızı vərəqə alaraq komandasını çox çətin durumda qoydu. “River” azlıqda bu təzyiqə cəmi 7 dəqiqə tab gətirə bildi və 20 yaşlı Françesko Espozito qələbə qolunun müəllifi oldu.
Argentina çempionu qalan müddətdə azarkeşlərini sevindirə biləcək heç nə ortaya qoya bilmədi. Əksinə, komanda həm 2-ci qolu buraxdı, həm də 2-ci qırmızı vərəqəni aldı. Son anlarda hücuma qoşulan mərkəz müdafiəçisi Bastoni yekun nəticəni müəyyənləşdirdi. Beləliklə, Argentina nəhəngləri üçün turnir olduqca uğursuz alındı.
“Boka Xuniors”un ardından “River Pleyt” də qrup mərhələsini aşa bilmədi. “Monterrey” isə əksinə, pley-offa yüksəlməklə futbol dünyasını yaxşı mənada təəccübləndirdi.
E qrupu, 3-cü tur
İnter – River Pleyt 2:0 (0:0)

İnter (Milan, İtaliya): Zommer, Dyumfris, Darmian (De Vrey, 82), Açerbi, Bastoni, Dimarko (Auqusto, 62), Mxitaryan, Asllani, Barella (Suçiç, 62), F.Espozito (S.Espozito, 82), L.Martines (Karboni, 73).
River Pleyt (Bueno Ayres, Argentina): Armani, Q.Montyel, Martines Kuarta, Dias, Akunya, Mesa (İ.Fernandes, 55), Kranevitter (Kostantini, 61), Alyendro (Lansini, 61), Mastantuono, Kolidio (Pesselya, 68), Borxa.
Qollar: F.Espozito, 72 (1:0). Bastoni, 90+3 (2:0).
Vərəqələr: Q.Montyel, 22. Bastoni, 30. Auqusto, 77. Lansini, 77. S.Espozito, 85. Dias, 88. Dyumfris, 90+4 – sarı. Martines Kuarta, 65. Q.Montyel, 90+5 – qırmızı (ikinci sarı).
Hakim: İlgiz Tantaşev (Özbəkistan).
25 iyun. Sietl. 45135 tamaşaçı.
Urava Red Daymonds – Monterrey 0:4 (0:3)
Urava Red Daymonds (Saytama, Yaponiya): Nişikava, Sekine (Oqivara, 68), Danilo, Hoybraten, Naqanuma, Yasui (Nitta, 81), Qustafson (Matsumoto, 46), Kaneko (Santana, 46), Vatanabe, Savio (Okubo, 70), Matsuo.
Monterrey (Meksika): Andrada, Çaves, Medina (Qusman, 85), Ramos, Reyes (Arteaqa, 65), Ambris (Kortiso, 84), Deossa, Torres, Korona (Fimbres, 65), Berterame, Alvarado (La Rosa, 65).
Qollar: Deossa, 30 (0:1). Berterame, 34 (0:2). Korona, 39 (0:3). Berterame, 90+7 (0:4).
Vərəqə: yoxdu.
Hakim: Feliks Svayer (Almaniya).
25 iyun. Kaliforniya. 14312 tamaşaçı. 
1. İnter 3 2 1 0 5-2 7
2. Monterrey 3 1 2 0 5-1 5
3. River Pleyt 3 1 1 1 3-3 4
4. Urava Red Daymonds 3 0 0 3 2-9 0

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 İyul 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see567

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see553

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see546

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see476

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see465

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see437

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see371

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see362

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see359

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see331

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see321

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see315

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see302

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see294

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see282

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see280
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri