Icma.az
close
up
RU
“River Pleyt” liderliyi əzmkarlıqla qorudu

“River Pleyt” liderliyi əzmkarlıqla qorudu

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Argentina çempionatının Klausura (bağlanış) mərhələsində keçirilən 8-ci turundan sonra A qrupunda ikihakimiyyətlilik yarandı. “River Pleyt” isə B qrupunda vahid liderliyini qorudu.

Mövsümün Apertura (açılış) adlanan ilk mərhələsinin qalibi heç cür sabit oyun sərgiləyə bilmir. Amma “Platense” bu dəfə hesabına maksimum xal yaza bildi. “Defensa y Xustisiya”ya səfərdə 2:1 hesabı ilə qalib gələn Kristian Qonsalesin komandası B qrupunda 15 iştirakçı arasında 11-ci yerdən 9-a yüksəldi.
A qrupunda tura lider kimi başlayan “Barrakas Sentral” hesabına bir xal yaza bildi. “Qodoy Krus” ilə səfər matçında qeydə alınan qolsuz heç-heçə Ruben İnsuanın komandasına vahid liderliyi itirmək bahasına başa gəldi.
“Sentral Kordoba”nın liderliyi ələ almaq şansı vardı. Lakin kordobalılar “Deportivo Riestra”dan xal ala bilmədilər. İki cavabsız top buraxan komandanın Klausurada ilk dəfə uduzduğunu da qeyd edək. “Sentral Kordoba” topların fərqinə əsasən 4-cü yerə düşdü.
“Boka Xuniors” da əla imkandan yararlana bilmədi. Tura 3-cü yerdə başlayan ölkə nəhəngi səfərdə “Rosario Sentral” ilə qollu “sülh”ə razılaşdı. Migel Anxel Russonun çalışdırdığı komanda 20-ci dəqiqədə Battalya ilə hesabı açsa da, tezliklə cavab qolu vuruldu. Uzun illərdən sonra bu yay doğma klubuna qayıdan 37 yaşlı Di Mariya Klausurada 4-cü qolunu bayram etdi. “Boka Xuniors” öz mövqeyində qaldı, çempionatda hamıdan çox – 5-ci dəfə heç-heçə edən “Rosario Sentral” isə B qrupunda 6-cı yerə düşdü.
A qrupunda isə “Union” liderliyə şərik oldu. “Ximnasiya” üzərində 3:1 hesablı qələbə Leonardo Madelonun çalışdırdığı komandanı topların daha yaxşı fərqinə görə 1-ci yerə yüksəltdi.
Mövsümün ikinci mərhələsinə uğursuz başlayan vitse-çempion “Atletiko Urakan” böhrandan çıxsa da, son nəticələr heç də uğurlu sayıla bilməz. Frank Kudelkanın komandası bu dəfə evdə “Veles Sarsfild” ilə qolsuz heç-heçəyə razılaşdı. Yenə bir xal qazanan vitse-çempion A qrupunda 7-ci yerdən 8-ə düşdü.
B qrupunda “River Pleyt” liderliyini davam etdirdi. Səfərdə “Estudiantes”ə 2:1 hesabıyla qalib gələn ölkə nəhənginin bu nəticəni çətinliklə qazandığını qeyd etməliyik. Artıq 13-cü dəqiqədə iki top fərqi ilə üstünlük yaxalayan paytaxt komandası fasilə ərəfəsində Lukas Martinesin ikinci xəbərdarlıq almasına görə meydanda on nəfərlə qaldı. Buna baxmayaraq, Marselo Qalyardonun komandası qalan vaxtda yalnız bir top buraxaraq əzmkarlıq nümayiş etdirməklə qələbə qazandı.
Bu qrupda tura liderin əsas izləyicisi kimi başlayan “Veles Sarsfild”in səfərdə “Atletiko Urakan”la qolsuz heç-heçəyə razılaşdığını qeyd etdik. İki xal itkisi “Veles”ə 2-ci yeri itirmək bahasına başa gəldi. Ona görə ki, “Deportivo Riestra” evdə “Sentral Kordoba”ya qalib gəlməklə liderdən sonrakı yerə çıxdı.
qrup mərhələsi, 8-ci tur
Qodoy Krus - Barrakas Sentral 0:0
Deportivo Riestra - Sentral Kordoba 2:0
Alonso, 33. Qoytia, 70.
Rosario Sentral - Boka Xuniors 1:1
Di Mariya, 24 - Battalya, 20.
Ximnasiya - Union 1:3
M.Torres, 52 – Del Blanko, 47. Tarraqona, 57. M.Martines, 62.
İndependyente - Banfild 0:1
Rio, 37.
Estudiantes - River Pleyt 1:2
Nunyes, 90+2 – Qaloppo, 6. M.Fernandes, 13.
Atletiko Urakan - Veles Sarsfild 0:0
Rasinq - San Lorenso 2:0
Kolombo, 37. Solari, 58.
Belqrano - San Martin San Xuan 0:0
Nyuellz Old Boyz - Atletiko Tukuman 2:0
Kuesta, 82. Quç, 90+3.
Lanus - İndependyente Rivadaviya 1:0
Bou, 56.
Sarmyento - Aldosivi 2:0
Qodoy, 39. Morales, 59.
İnstituto - Arxentinos Xuniors 2:0
Luna, 45. Lodiko, 90+1-p.
Tiqre - Talyeres de Kordoba 0:0
Defensa y Xustisiya - Platense 1:2
Miritelyo, 32 - Şor, 46. D.Martines, 48.
A qrupu
1. Union 8 4 3 1 13-6 15
2. Barrakas Sentral 8 4 3 1 11-8 15
3. Boka Xuniors 8 3 4 1 10-4 13
4. Sentral Kordoba 8 3 4 1 10-6 13
5. Banfild 8 4 1 3 9-10 13
6. Defensa y Xustisiya 8 3 3 2 9-7 12
7. Estudiantes 8 4 0 4 9-10 12
8. Atletiko Urakan 8 3 3 2 5-6 12
9. Nyuellz Old Boyz 8 2 3 3 8-8 9
10. Belqrano 8 2 3 3 6-7 9
11. Tiqre 8 2 3 3 6-7 9
12. Arxentinos Xuniors 8 2 2 4 7-8 8
13. İndependyente Rivadaviya 8 2 2 4 8-10 8
14. Rasinq 8 2 1 5 8-12 7
15. Aldosivi 8 0 3 5 1-10 3
B qrupu
1. River Pleyt 8 5 3 0 16-5 18
2. Deportivo Riestra 8 5 1 2 11-5 16
3. Veles Sarsfild 8 4 3 1 9-3 15
4. Lanus 8 4 1 3 7-7 13
5. San Lorenso 8 3 3 2 5-5 12
6. Rosario Sentral 7 2 5 0 5-3 11
7. Ximnasiya 8 3 1 4 6-8 10
8. Atletiko Tukuman 8 2 3 3 8-8 9
9. Platense 7 2 3 2 7-9 9
10. Sarmyento 7 2 3 2 7-9 9
11. San Martin San Xuan 8 2 3 3 5-7 9
12. İnstituto 8 2 3 3 4-10 9
13. Qodoy Krus 8 1 4 3 7-10 7
14. Talyeres de Kordoba 8 1 3 4 3-8 6
15. İndependyente 7 0 3 4 4-8 3
Bombardirlər: R.Martines (Platense) - 5, Kastilyo (Lanus), Di Mariya (Rosario Sentral), Qaloppo (River Pleyt), X.Errera (Deportivo Riestra) - 4.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Sentyabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri