Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

“İnter” yenə uduzdu, “Napoli” vahid lider oldu

“İnter” yenə uduzdu, “Napoli” vahid lider oldu

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

A seriyasının 34-cü turu ilk növbədə ikihakimiyyətliliyin pozulması ilə yadda qaldı: “İnter” yenə uduzdu, “Napoli” isə qələbə qazanmaqla vahid liderliyi ələ keçirdi.

"Football-plus.az" xəbər verir ki, İtaliyanın son çempionu üçün “Roma” ilə matçın çətin keçəcəyi gözlənilirdi.
Simone İnzaqinin komandası həftəiçi ölkə kubokunun cavab yarımfinal oyununda “Milan”dan ağır məğlubiyyət (0:3) alaraq turnirdə mübarizəni dayandırmışdı. “Roma” milanlıların uzun müddət üç turnirdə mübarizə aparmasına görə yorğunluğundan maksimum yararlanmaq üçün əlindən gələni etdi. Klaudio Ranyerinin çalışdırdığı qonaq komanda ilk dəqiqələrdə milanlıların hücumlarının qarşısını almaqla məşğul oldu. 22-ci dəqiqədə isə Sule Şomurodovun ötürməsi ilə romalıları önə keçirdi.
Fasilədən sonra ev sahibləri topa böyük ölçüdə sahib olsalar da, qapıya dəqiq zərbələr endirməkdə çətinlik çəkdilər. Əks-hücum taktikası ilə oynayan paytaxt komandasının bir neçə imkanı dəyərləndirə bilməməsi nəticəni dəyişmədi: çempionatda məğlubiyyətsiz seriyasını 18 oyuna (13 qələbə, 5 heç-heçə) çatdıran “Roma” Çempionlar Liqasında oynamaq şansını davam etdirdi. 2017-ci ilin dekabrından sonra ilk dəfə ardıcıl 3 məğlubiyyət alan “İnter” isə liderliyi əldən verdi.
Çünki tura şərikli lider kimi başlayan “Napoli” milanlıların məğlubiyyətindən maksimum yararlandı. Cənublular “Torino” ilə ev oyununun nəticəsini böyük ölçüdə ilk hissədə müəyyən etdilər. Antonio Kontenin komandası Maktomineyin iki cavabsız qolu ilə finişə 4 tur qalmış skudetto uğrunda mübarizədə üstünlüyü ələ aldı.
Tura 3-cü yerdə başlayan “Atalanta”nın öz meydanında “Leççe”dən yalnız 1 xal alması gözlənilməz nəticə oldu. 1:1 hesablı heç-heçə berqamoluların mövqeyinə təsir etməsə də, “Yuventus”un özünə yaxınlaşmasına şərait yaratdı. Turinlilərin “Montsa”nı 2:0 hesabıyla məğlub etdikləri oyunun ikinci hissəsini Yıldızın fasilə ərəfəsində qırmızı vərəqə almasına görə on nəfərlə keçirdiklərini də qeyd edək.
34-cü tur
İnter – Roma 0:1

Sule, 22. (70240)
İnter: Zommer, Dimarko (Dyumfris, 63), Açerbi, Pavar (Bissek, 15), Auqusto, Darmian (Zalevski, 63), Frattezi (Korrea, 80), Barella (Zyelinski, 81), Çalhanoğlu, Martines, Arnautoviç.
Roma: Svilar, Ndika, Mançini, Çelik, Anxelinyo, Kone (Qurna-Duat, 68), Kristante, Sule (Rensx, 86), Lorentso Pelleqrini (Pizilli, 68), Şomurodov (Baldantsi, 68), Dovbik (Əl-Şaaravi, 86).
Fiorentina – Empoli 2:1
Adli, 7. Mandraqora, 25 – Fatsini, 57. (20547)
Fiorentina: De Xea, Qosens, Ranyeri (Komutso, 60), Ponqraçiç, Mari, Mandraqora, Kataldi, Folorunşo (Parizi, 70), Adli (Riçardson, 60), Qudmundsson (Facoli, 82), Beltran (Zanyolo, 70).
Venetsiya – Milan 0:2
Pulişiç, 5. S.Ximenes, 90+6. (12048)
Milan: Menyan, Ernandes, Tomori, Pavloviç, Qabbya, A.Ximenes (Loftus-Çik, 70), Fofana (F.Terraçano, 87), Reynders, Leao (Uoker, 71), Pulişiç (Feliş, 87), Abraham (S.Ximenes, 64).
Yuventus – Montsa 2:0
Qonsales, 11. Kolo Muani, 33. (40016)
Yuventus: Di Qreqorio, Kambyaso (Savona, 58), Kalulu, Veyqa, Kelli, Lokatelli, Makkenni, K.Türam (Vea, 58), Qonsales (Koşta, 74), Yıldız, Kolo Muani.
Napoli – Torino 2:0
Maktominey, 7; 41. (51144)
Napoli: Meret, Olivera (Raspadori, 56), Rrahmani, Buoncorno (Marin, 64), Di Lorentso, Zambo Angissa (Billinq, 58), Lobotka (Gilmor, 86), Maktominey, Spinatsola, Politano, Lukaku (Simeone, 86).
Atalanta – Leççe 1:1
Retegi, 69-p. – Karlsson, 29-p. (21875)
Atalanta: Karnesekki, Cimşiti, Hin, Kossunu (Rucceri, 59), Bellanova (Kuadrado, 46), Zappakosta, De Roon, Ederson (Samarciç, 80), Paşaliç (De Ketelare, 64), Lukman, Retegi (Maldini, 80).
Komo – Cenoa 1:0
Strefetsa, 59. (10664)
Udineze – Bolonya 0:0

Verona – Kalyari 0:2
Pavoletti, 30. Deyola, 90+3.
Latsio – Parma 2:2
Pedro, 79; 84 – Ondreyka, 3; 46.
1. Napoli 34 22 8 4 54-25 74
2. İnter 34 21 8 5 72-33 71
3. Atalanta 34 19 8 7 67-31 65
4. Yuventus 34 16 14 4 51-31 62
5. Bolonya 34 16 13 5 52-37 61
6. Roma 34 17 9 8 49-32 60
7. Latsio 34 17 9 8 57-45 60
8. Fiorentina 34 17 8 9 53-34 59
9. Milan 34 15 9 10 53-38 54
10. Torino 34 10 13 11 38-39 43
11. Komo 34 11 9 14 44-48 42
12. Udineze 34 11 8 15 36-48 41
13. Cenoa 34 9 12 13 29-41 39
14. Kalyari 34 8 9 17 35-49 33
15. Verona 34 9 5 20 30-62 32
16. Parma 34 6 14 14 40-53 32
17. Leççe 34 6 9 19 24-56 27
18. Venetsiya 34 4 13 17 27-48 25
19. Empoli 34 4 13 17 27-54 25
20. Montsa 34 2 9 23 25-59 15
Bombardirlər: Retegi (Atalanta) - 24, Ken (Fiorentina) - 17, M.Türam (İnter) - 14, Lukman (Atalanta) - 13.
Növbəti turun oyunları mayın 2-5-i aralığında keçiriləcək: Torino – Venetsiya, Kalyari – Udineze, Parma – Komo, Leççe – Napoli, İnter – Verona, Empoli – Latsio, Montsa - Atalanta, Roma – Fiorentina, Bolonya - Yuventus, Cenoa - Milan.
Turun rəqəmi
24 - “Atalanta”nı evdə “Leççe”yə məğlubiyyətdən Retegi xilas etdi. Penaltini dəqiq yerinə yetirən hücumçu bu mövsüm çempionatda 24-cü qolunu vurmaqla bombardirlərin siyahısında liderliyini bir qədər də möhkəmləndirdi. 25 yaşlı Mateo “Atalanta”da A seriyasının 1996/97 mövsümündə bu qədər qapıya yol tapan Filippo İnzaqinin rekordunu təkrarladı. Onun mövsüm ərzində qara-göy formada meydana çıxdığı 45 matçda 27 qol vurduğunu da qeyd edək.
Turun ulduzu
Skott Maktominey (Napoli) - “Torino” ilə oyunun nəticəsini şotland yarımmüdafiəçi müəyyən etdi. Onun vurduğu bir-birinə bənzəyən iki qol komandasına çempionluq yarışında çox vacib 3 xal qazandırdı. 28 yaşlı Maktominey “Napoli”yə həm də matçın bütün iştirakçılarından yarım kilometr çox qət etməklə faydalı oldu.
Turun sitatı
Simone İnzaqi, “İnter”in baş məşqçisi:

“Futbol belədi. Ardıcıl 3-cü məğlubiyyət bizə böyük ağrı verir. Bu gün, xüsusilə də ilk hissədə komandamızda təravət çatmadı. Amma futbolçularımız bunun başqa keyfiyyətləri ilə “sığortalamağa” çalışdılar. “Roma” yaxşı oynadı, biz isə kifayət qədər qol vəziyyətlərindən yararlana bilmədik. Evdə uduzmağımız lap pis oldu. Çünki fanatlarımız bizə sona qədər dəstək verdilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Aprel 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri