“İnter”in DÇ finallarındakı 44 illik seriyası davam edir
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
İtaliyanın “İnter” futbol komandası dünya çempionatlarının finalları ilə bağlı tarixi seriyasını DÇ-2026-da da davam etdirib.
İdman.Biz xəbər verir ki, Argentina millisinin hücumçusu Lautaro Martinesin finala yüksəlməsi sayəsində ardıcıl 12-ci dünya çempionatının həlledici oyununda “İnter”in ən azı bir futbolçusu yer alacaq. Bu seriya 1982-ci ildən davam edir.
Lautaro Argentina millisinin finala gedən yolunda mühüm rol oynayıb. O, İngiltərə ilə yarımfinal görüşünün sonlarında fərqlənərək komandasına 2:1 hesablı qələbə qazandırıb.
Bənzər göstəriciyə malik olan “Bavariya”nın seriyası isə başa çatıb. Münhen klubunun 1982-ci ildən 2022-ci ilə qədər keçirilən 11 dünya çempionatının hər birinin finalında ən azı bir futbolçusu iştirak edib.
DÇ-2026-nın yarımfinal mərhələsində “Bavariya”nı təmsil edən Harri Keynin çıxış etdiyi İngiltərə Argentinaya, Maykl Olise və Dayo Upamekanonun formasını geyindiyi Fransa isə İspaniyaya məğlub olub. Nəticədə 44 ildən sonra ilk dəfə dünya çempionatının finalında Münhen klubunun futbolçusu yer almayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 19 İyul 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















