Icma.az
close
up
RU
“İnter”in qələbə seriyası qırıldı

“İnter”in qələbə seriyası qırıldı

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yanvarın 14-15-də İtaliya Superkubokunun yarımfinal və finalına görə A seriyasında 19-cu turdan təxirə salınan oyunlar keçiridi. Maraqlıdı ki, üç oyunda meydana çıxan altı komandadan beşi İtaliyanı bu mövsüm Çempionlar Liqasında təmsil edənlər idi. Nəticə planında turun “Milan” üçün ikiqat düşərli olduğunu da qeyd edək.

İtaliya nəhənginin mövsümü qeyri-sabit keçirdiyi aydın məsələdi. Bu səbəbdən ötən yay baş məşqçi vəzifəsinə təyinat alan Paulu Fonseka dekabrda istefaya göndərildi. Portuqaliyalının yerinə təyinat alan həmyerlisi Serjio Konseysaonun debütü fantastik alınmışdı: Yanvarın əvvəlində “Yuventus” (2:1) və “İnter”ə (3:2) qalib gəlməklə ölkə superkubokunu qazanan “Milan” azarkeşlərini çox ümidləndirmişdi. Lakin “qırmızı-qaralar” ev oyununda “Kalyari”dən yalnız bir xal (1:1) ala bilmişdilər. Konseysaonun komandası yanvarın 14-də keçirilən “Komo” ilə səfər matçında da büdrəməyə yaxın idi. İlk hissədə zəif təsir bağışlayan milanlılar 60-cı dəqiqədə hesabda geri düşdülər. Buna baxmayaraq, ölkə nəhəngi qalan vaxtda əzmkarlıq nümayiş etdirməklə 2:1 hesablı qələbə qazanmağı bacardı. Xalını 31-ə çatdıran “Milan” 8-ci yerdən 7-yə qalxdı. Vitse-çempionun ehtiyatda daha bir təxirə salınan oyununun olduğunu da qeyd edək.
Çərşənbə axşamı Berqamodakı matça maraq daha böyük idi. Yerli “Atalanta” üçün “Yuventus”dan ölkə kubokunun finalındakı məğlubiyyətin (0:1) əvəzini çıxmaq fürsəti yaranmışdı. Bu halda berqamolular turinlilərin çempionatdakı məğlubiyyətsiz seriyasını qıracaqdılar. Lakin mövsümü çox yaxşı keçirən Can Pyero Qasperininin komandası yenə qələbə qazana bilmədi. Bunu isə ehtimal etmək olardı. Son oyunlarda hücum potensialını əvvəlki kimi nümayiş etdirə bilməyən “Atalanta” adlı-sanlı rəqibinin sıx müdafiəsini yarmaqda çətinlik çəkdi. Vlahoviç və Konseysao kimi aparıcı hücumameyilli oyunçularından zədə səbəbi ilə yararlana bilməyən “Yuventus”un əks-hücum taktikası fasilədən sonra bəhrə verdi: hücuma atılan müdafiəçi Kalulu Makkenninin ötürməsi ilə hesabı açdı. Qasperini dərhal əvəzləmələrlə oyunda dönüş yaratmağa çalışdı. Onun meydana buraxdığı iki oyunçu – Bellanova ilə Retegi 78-ci dəqiqədə cavab qolunu təşkil etdilər.
Bu mövsüm A seriyasında 13-cü qolunu vuran Retegi bombardirlərin siyahısında Markus Türanı (İnter) arxada qoyaraq vahid liderliyi ələ aldı. Qalan vaxtda tərəflərin hücumdakı səyləri nəticə vermədi. Ardıcıl 3-cü heç-heçə çempionatda məğlubiyyətsiz seriyası 15 oyuna (11 qələbə, 4 heç-heçə) çatan “Atalanta”nı cədvəlin 3-cü pilləsində saxladı. “Yuventus” isə çoxdan tutulduğu heç-heçə sindromundan heç cür qurtula bilmir. Bu mövsüm çempionatda məğlub olmasa da, 13 dəfə heç-heçə edən Tyaqo Mottanın komandası ilk 20 matçda 34 xal toplaya bilib. “Yuventus” sonuncu dəfə mövsümün ilk 20 turunda bundan az xalı (33) 2009/10 mövsümündə qazanıb və çempionatı 7-ci yerdə başa vurub.
Liderin əsas izləyicisi olan “İnter”in vəziyyəti çox yaxşı sayılırdı: ehtiyatda bir təxirə salınan oyunu olan İtaliyanın son çempionu itirilməyən xallara əsasən çempionatın potensial lideri idi. Bu statusun davamı üçün evdə “Bolonya”nı məğlub etməli olan milanlılar yeni ildə matçların sıx qrafikindən əziyyət çəkirlər.
Əvvəlki oyunda “Venetsiya”dan 3 xalı Darmianın yeganə qolu ilə almaq mümkün olmuşdu. Amma Simone İnzaqinin komandası A seriyasında ardıcıl 7-ci qələbəsini qazana bilmədi. “Bolonya” ilə matçın ilk yarısı mox baxımlı keçdi: hücum futboluna üstünlük verən komandalar qapılar qarşısında kifayət qədər qol vəziyyətləri yaratdılar. İlk hissə isə ev sahiblərinin 2:1 hesablı üstünlüyü ilə sona çatdı. Fasilədən sonra “İnter” oyun planında üstün görünsə də, bir sıra səhvlər çempiona baha başa gəldi. 64-cü dəqiqədə “Bolonya” hesabı bərabərləşdirəndən sonra milanlıların qələbə üçün yetərincə vaxtı vardı. Ancaq buna nail ola bilmədilər. Çempionatdakı qələbə seriyası qırılan İnzaqinin komandası liderin əsas izəyicisi kimi qaldı.
İndi “Napoli”dən 3 xal geri qalan və bir oyun az keçirən “İnter” itirilməyən xallara əsasən çempionatın vahid potensial lideri sayılmır.
19-cu turdan təxirə salınan oyunlar
Komo – Milan 1:2
Diao, 60 – Ernandes, 71. Leao, 76. (13602)
Milan: Menyan, Ernandes, Tiav (Qabbya, 68), Tomori, Emerson, Reynders, Fofana (Kamarda, 73), Bennaser (Musa, 46), Leao, Pulişiç (Abraham, 46), Morata.
Atalanta – Yuventus 1:1
Retegi, 78 – Kalulu, 54. (22920)
Atalanta: Karnesekki, Kolaşinats, Cimşiti, Skalvini (Hin, 81), Rucceri, Zappakosta (Bellanova, 65), Ederson, De Roon, Paşaliç (Samarciç, 55), De Ketelare (Retegi, 65), Lukman (Zanyolo, 80).
Yuventus: Di Qreqorio, Kambyaso, Kalulu, Qatti, Savona, K.Türam (Duqlas Luis, 75), Lokatelli (Facoli, 87), Makkenni, Koopmeyners, Yıldız, Qonsales (Mbanqula, 81).
İnter – Bolonya 2:2
Dyumfris, 19. Lautaro Martines, 45+1 – Kastro, 15. Holm, 64. (63074)
İnter: Zommer, Dimarko (Auqusto, 70), De Vrey, Darmian (Pavar, 70), Bastoni (Byükenen, 83), Dyumfris, Barella, Zyelinski, Asllani (Frattezi, 70), Lautaro Martines (Taremi, 74), M.Türam.
Bolonya: Skorupski, Likoyannis, Kazale, Beukema, Holm (De Silvestri, 76), Moro (Pobeqa, 67), Fröyler (Erliç, 88), Ndoy, Odqor (Ferqyuson, 67), Orsolini, Kastro (Dallinqa, 87).
Turun digər oyunlarının nəticələri: Fiorentina – Napoli 0:3 (Neres, 29. Lukaku, 54-p. Maktominey, 68), Roma – Latsio 2:0 (Lorentso Pelleqrini, 10. Salemakers, 18), Venetsiya – Empoli 1:1 (Pohyanpalo, 5 – Espozito, 32), Verona – Udineze 0:0, Montsa – Kalyari 1:2 (Kaprari, 6-p. – Zortea, 22. Pikkoli, 57), Leççe – Cenoa 0:0, Torino – Parma 0:0.
1. Napoli - 47 (20). 2. İnter - 44 (19). 3. Atalanta - 43 (20). 4. Latsio – 36 (20). 5. Yuventus – 34 (20). 6. Fiorentina - 32 (19). 7. Milan - 31 (19). 8. Bolonya – 30 (19)… 16. Komo - 19 (20)…
Bombardir: Retegi (Atalanta) - 13.
Turun rəqəmi
30 - Ernandes “Milan”ın “Komo”ya 2:1 hesabı ilə qalib gəldiyi matçda hesabı bərabərləşdirməklə adını yeni rekorda yazdırdı. 27 yaşlı Teo qırmızı-qara formada A seriyasında rəqib qapısından keçirdiyi topların sayını 30-a çatıdırdı və klubun yüksək liqada ən çox qol vuran müdafiəçisi oldu. Fransız müdafiəçi bu göstərici ilə hesabında 29 qol olan Paolo Maldinini geridə qoydu.
Turun ulduzu
Aleksis Salemakers (Roma) – paytaxt derbisinin nəticəsini böyük ölçüdə belçikalı yarımmüdafiəçi müəyyən etdi. Hesabı açan Lorentso Pelleqriniyə ötürmə verən Salemakers özü də qapıya yol tapmaqla “Roma”nın “Latsio” üzərində 2:0 hesablı qələbəsində böyük rol oynadı.
Turun sitatı
Serjio Konseysao, “Milan”nın baş məşqçisi:

“Mən, sadəcə, meydanın kənarında qaynayırdım. Bir də ki, matçlardan əvvəl müsahibə verməyə alışmamışam, hətta oyuna 2-3 saat qalmış ailəmlə də ünsiyyət saxlamıram. Amma burda qayda belədi və mən buna riayət etməliyəm. Biz matçlara video və lövhələrlə hazırlaşırıq, hər şeyi meydanda etmək imkanımız olmur, buna görə də real mübarizə zamanı bir çox komponentlərdə axsayırıq. Həm hücumda, həm də müdafiədə təkbətək mübarizələrdə özümüzü daha yaxşı göstərməliyik. “Komo” ilə oyun bizə çox komponenti yaxşılaşdırmalı olduğumuzu göstərdi. Rəqibə qapımızı qarşısında 5-6 qol vəziyyəti yaratmaq imkanı verməməliyik. Son 4 oyunda 3 dəfə geridönüş etmişik. Bu, komandamızın xarakterindən xəbər verir. Amma fiziki, taktiki, texniki və işə münasibət planında “artıra” bilərik”.


STATİSTİKLƏR ÜÇÜN
İtaliya çempionatının 20-ci turunun “Montsa” – “Fiorentina” oyununu (2:1) 9153 tamaşaçı izləyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:314
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Yanvar 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see282

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see270

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see253

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see251

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see244

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see198

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see197

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see193

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see193

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see174

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see171

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see169

Keçmiş məktəb direktoru vəfat etdi

22 Avqust 2026 18:57see167

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see167

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see166

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see166

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see162

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see156

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see155

Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik İsrailli nazirdən AÇIQLAMA

23 Avqust 2026 01:04see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri