Icma.az
close
up
RU
“İnter”in seriyası 12 oyuna çatdı

“İnter”in seriyası 12 oyuna çatdı

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

A seriyasının 24-cü turunun ilk üç günündə keçirilən matçlardan sonra “İnter”in liderliyini istənilən halda davam etdirəcəyi məlum idi. Amma milanlılar buna inamlı qələbə ilə nail oldular.

"Football-plus.az" xəbər verir ki, şənbə və bazar günü əsas diqqət çempionluğa iddialıların iştirakı ilə baş tutan matçlara yönəlmişdi. “İnter”in Recco nel Emiliya səfərində maksimum xal alacağı gözlənilirdi.
Lider “Sassuolo” ilə oyunda elə bir çətinlik çəkmədi. Bunda ev sahiblərinin oyunçusu Matiçin 54-cü dəqiqədə bir neçə saniyə ərzində iki xəbərdarlığa görə meydandan qovulmasının da təsiri oldu. 5:0 hesablı qələbədə ən böyük pay sahibi olan Dimarko üç məhsuldar ötürmə verdi. Cinah müdafiəçisi Bissek, Markus Türam və Akancinin qol vurmasına şərait yaratdı. Yeri gəlmişkən, Federiko bu mövsüm meydana çıxdığı 21 oyunda 11 dəfə assist etməklə çempionatın lideridi. Hesabı 3:0-a çatdıran Lautaro Martines isə A seriyasında 128-ci qolunu vurdu. Argentinalı hücumçu Milan klubunun A seriyasındakı bombardirlərinin siyahısında Alessandro Altobellini arxada qoyaraq 4-cü yerə təklikdə sahib oldu.
Lautaronun indi Cüzeppe Meatsa (197), Benito Lorentsi (138) və Stefano Nyersdən (133) geri qaldığını da qeyd edək. Çempionatda ardıcıl 5-ci qələbəsini qazanan və məğlubiyyətsiz seriyasını 12 oyuna (11 qələbə, 1 heç-heçə) çatdıran Kristian Kivunun komandası inamlı qələbə ilə mövqeyini möhkəmlətdi.
Bu mövsüm qeyri-sabit çıxış edən “Napoli” də azarkeşlərini sevindirdi. Son çempion səfərdə “Cenoa”nı çətinliklə də olsa, 3:2 hesabıyla məğlub etdi. Cənubluların ikinci qolunu vuran Maktominey fasilə ərəfəsində zədələndiyinə görə ikinci hissədə komandasına kömək edə bilmədi. Qonaqların çətinliyi bununla da bitmədi. Onlar 76-cı dəqiqədə meydanda on nəfərlə qaldılar. Müdafiəçi Juan Jezusun ikinci xəbərdarlığa görə qırmızı vərəqə alması neapolluları qələbə üçün əzmkarcasına mübarizə aparmağa vadar etdi. Və onlar 90+5-ci dəqiqədə daha bir qol vurdular. Penaltini boşa verməyən Höylunn A seriyasında 8-ci, bu mövsüm bütün turnirlərdə isə 12-ci qolunu vurdu. 23 yaşlı danimarkalı hücumçunun “Napoli”də icarə əsasında oynadığını, müqavilə ilə “Mançester Yunayted”ə məxsus olduğunu da xatırladaq. Antonio Kontenin komandası liderdən yenə 9 xal geridədi.
Son iki ayda xal ehtiyatını artırmaqla “Çempionlar Liqası zonası”na daxil olan “Yuventus” isə öz meydanında “Latsio”dan yalnız bir xal ala bildi. Onu da son saniyələrdə. Əslində turinlilər oyun ərzində rəqibdən üstün futbol sərgilədilər. Lakin hesabı romalılar açdılar. Qeyd edək ki, “Latsio”nun qapıya istiqamətlənən hər iki zərbəsi qolla nəticələndi. Ev sahibləri isə saya-hesaba gəlməyən (34) zərbələrdən yalnız ikisini qola çevirdilər ki, bu bacarıqları onlara yalnız bir xal qazandırdı. Nəticədə “Yuventus” Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədə işini bir qədər çətinləşdirdi.
24-cü tur
Cenoa – Napoli 2:3

Malinovski, 3-p. Kolombo, 57 – Höylunn, 20; 90+5-p. Maktominey, 22. (30748)
Napoli: Meret, Juan Jezus, Rrahmani, Buoncorno (Beukema, 59), Qutyerres, Spinatsola, Lobotka, Verqara, Maktominey (Jiovane, 46/Olivera, 77), Elmas, Höylunn (Lukaku, 90+1).
Bolonya – Parma 0:1
Ordonyes, 90+5. (24823)
Bolonya: Skorupski, Mario (Zortea, 46), Lukumi, Heggem, Likoyannis (Miranda, 68), Fröyler, L.Ferqyuson, Pobeqa, Bernardeski (Orsolini, 87), Rou (Kambyaqi, 87), Dallinqa (Kastro, 57).
Fiorentina – Torino 2:2
Solomon, 51. Ken, 57 – Kazadey, 26. Maripan, 90+4. (20000)
Fiorentina: De Xea, Ponqraçiç, Komutso, Dodo, Parizi, Mandraqora, Facoli, Breşianini (Fabbian, 73), Qudmundsson (Harrison, 48/Ndur, 73), Solomon (Ranyeri, 85), Ken (Pikkoli, 85).
Sassuolo – İnter 0:5
Bissek, 11. M.Türam, 28. L.Martines, 50. Akanci, 54. Luis Enrike, 89. (17653)
İnter: Zommer, Bastoni (Darmian, 64), Bissek, Akanci, Zyelinski (Frattezi, 64), Dimarko, Suçiç, Mxitaryan (Diuf, 71), Luis Enrike, L.Martines (Bonni, 76), M.Türam (F.Espozito, 76).
Yuventus – Latsio 2:2
Makkenni, 59. Kalulu, 90+6 - Pedro, 45+2. İsaksen, 47. (41405)
Yuventus: Di Qreqorio, Bremer, Kalulu, Koopmeyners (Kelli, 77), Kambyazo (Boqa, 77), Kabal (Jeqrova, 46), K.Türam, Lokatelli (Miretti, 84), Makkenni (Openda, 84), Yıldız, Devid.
Latsio: Provedel, Maruşiç, Xila (Romanyoli, 78), Provstqor (Patrik, 83), Tavareş, Başiç (Dele Başiru, 46), Kataldi, Teylor, İsaksen (Kançelyeri, 65), Pedro (Noslin, 64), Maldini.
Verona – Piza 0:0
(19470)
Leççe – Udineze 2:1
Qandeman, 5. Banda, 90 – Sole, 26-p. (24290)
Atalanta – Kremoneze 2:1
Krstoviç, 13. Zappakosta, 25 – Torsbi, 90+4. (21796)
Roma – Kalyari 2:0
Malen, 25; 65. (60334)
“Milan” – “Komo” oyunu isə fevralın 18-nə təxirə salınıb.
1. İnter 24 19 1 4 57-19 58
2. Milan 23 14 8 1 38-17 50
3. Napoli 24 15 4 5 36-23 49
4. Yuventus 24 13 7 4 41-20 46
5. Roma 24 15 1 8 29-14 46
6. Komo 23 11 8 4 37-16 41
7. Atalanta 24 10 9 5 32-21 39
8. Latsio 24 8 9 7 26-23 33
9. Udineze 24 9 5 10 27-36 32
10. Bolonya 24 8 6 10 32-31 30
11. Sassuolo 24 8 5 11 27-34 29
12. Kalyari 24 7 7 10 28-33 28
13. Torino 24 7 6 11 24-42 27
14. Parma 24 6 8 10 16-30 26
15. Cenoa 24 5 8 11 29-37 23
16. Kremoneze 24 5 8 11 21-33 23
17. Leççe 24 5 6 13 15-31 21
18. Fiorentina 24 3 9 12 27-38 18
19. Piza 24 1 12 11 19-40 15
20. Verona 24 2 9 13 18-41 15
Bombardirlər: L.Martines (İnter) - 14, Duvikas, Pas (hər ikisi “Komo”), Höylunn (Napoli), Pulişiç (Milan), Yıldız (Yuventus) - 8.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Fevral 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri