Icma.az
close
up
RU
İnternet bəhanəsi ilə sürücünün kartındakı 700 manatı mənimsədi KONKRET

İnternet bəhanəsi ilə sürücünün kartındakı 700 manatı mənimsədi KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qaradağ Rayon Məhkəməsində elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə törədilmiş oğurluq cinayəti ilə bağlı cinayət işi üzrə hökm elan olunub.

KONKRET.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, iş materiallarına əsasən, təqsirləndirilən Ə.V. Qaradağ rayonu ərazisində avtomobilə sərnişin kimi əyləşərək sürücünün mobil telefonundan istifadə edib. İttihama görə, o, internetə qoşulmaq bəhanəsi ilə bir neçə dəfə zərərçəkmişin telefonunu götürərək mobil bank tətbiqi vasitəsilə zərərçəkmişə məxsus hesabdan öz kartına 700 manat köçürüb.

İstintaq orqanı hesab edib ki, həmin vəsait elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə gizli talanıb və təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 177.2.3-1-ci (elektron məlumat daşıyıcılarından və ya informasiya texnologiyalarından istifadə edilməklə törədilən oğurluq) maddəsi ilə tövsif olunub.

Məhkəmə iclasında Ə.V. özünü təqsirli bilməyib. O bildirib ki, köçürülən 700 manat oğurluq yolu ilə deyil, zərərçəkmişin razılığı ilə borc kimi götürülüb. Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vəsait anasının əməliyyat xərclərinin ödənilməsi məqsədilə alınıb və zərərçəkmiş bununla razılaşıb. O, sonradan maddi çətinliklər və səhhətində yaranan problemlər, o cümlədən insult keçirməsi səbəbindən borcu vaxtında qaytara bilmədiyini deyib.

Ə.V. məhkəmədə, həmçinin bildirib ki, zərərçəkmişin bank hesabında daha çox vəsait olsa da, yalnız ehtiyacı olan 700 manatı köçürməsi onun oğurluq niyyətinin olmadığını göstərir. O əlavə edib ki, dəymiş ziyan tam ödənilib və zərərçəkmiş artıq ondan şikayətçi deyil.

İbtidai istintaq zamanı verilmiş ifadəsində isə Ə.V. ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib. Həmin ifadədə göstərilib ki, zərərçəkmiş onun ailə vəziyyətini və maddi çətinliklərini öyrəndikdən sonra 700 manatı müvəqqəti borc kimi verməyə razılaşıb və pul məhz zərərçəkmişin razılığı ilə onun bank kartına köçürülüb. Sonradan tərəflər arasında vəsaitin geri qaytarılması ilə bağlı mübahisə yaranıb.

Məhkəmə iş üzrə toplanmış sübutları araşdırdıqdan sonra Ə.V. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilib. Hökmə əsasən, o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 İyul 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri