İnternet narkotik mağazası təşkil edən 11 nəfər saxlanılıb
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Qazaxıstanın Almatı şəhərində və vilayətində polis narkotik vasitələrin satışı üçün internet mağazası təşkil edən qrupun 11 iştirakçısını saxlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb. "Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupun təşkilatçıları, operatorları və qanunsuz fəaliyyətin maliyyə təminatını həyata keçirən şəxslər daxil olmaqla 11 iştirakçısı saxlanılıb", - məlumatda bildirilib. Qurumun məlumatına görə, qanunsuz dövriyyədən təxminən 3 kq sintetik narkotik vasitə, habelə cinayətkar sxemin koordinasiyası üçün istifadə edilən rabitə vasitələri, bank kartları və rəqəmsal daşıyıcılar götürülüb. Məhkəməyəqədər istintaq başlanılıb.
Oxunub 32
Baxış sayı:92
Bu xəbər 13 Fevral 2026 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















