İnternet platformalarında dələduzluq edən şəxslərə qarşı ƏMƏLİYYAT
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəzər rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması və nəticədə zərərçəkənə 21 min manatdan çox maddi ziyan vurulması, eləcə də digər bir nəfərin bank kartından 580 manatının oğurlanması barədə polisə məlumatlar daxil olub.
Oxu.Az-ın məlumatına görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı Emin Sədətquliyev, 26 yaşlı İsrayıl Cavadov və onlarla əlbir olan bir qadın müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla onların internet platformaları üzərindən oyunlar təşkil etməsi və əlavə qazanc əldə edəcəkləri vədi ilə vətəndaşları aldatması məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Polisdən internet dələduzlarına qarşı ƏMƏLİYYAT: saxlanılanlar var
26 Fevral 2025 14:58
Qazilərə qarşı dələduzluq edən şəxslərə hökm OXUNDU
06 Dekabr 2024 16:46
İstanbulda vəzifəli şəxslərə qarşı əməliyyat 48 nəfər saxlanıldı
13 Sentyabr 2025 09:19
Saxta spirtli içkilər hazırlayan şəxslərə qarşı ƏMƏLİYYAT KEÇİRİLDİ FOTO
04 Fevral 2025 11:58
DİN bu şəxslərə qarşı əməliyyat keçirdi HƏBS EDİLƏNLƏR VAR
26 Fevral 2025 14:35

