Icma.az
close
up
RU
İnternetin sürəti artırıldı Tariflər yenidən bahalaşacaq?

İnternetin sürəti artırıldı Tariflər yenidən bahalaşacaq?

Icma.az, Bizim media saytına istinadən bildirir.

Azərbaycanda son illərdə internetin inkişafı və bağlantı sürətinin artması ilə bağlı açıqlamalar verilir. Belə ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin məlumatına əsasən son bir ildə ölkədə sabit genişzolaqlı internetin sürəti 13 faizdən çox, mobil internetin sürəti isə 36 faizədək artıb. Bununla yanaşı, istifadəçilər üçün əsas suallardan biri internet xidmətinin qiyməti ilə təqdim olunan sürət və keyfiyyət arasında balansın necə qurulmasıdır.
Bəs internet tarifləri hansı prinsiplərlə formalaşır? Sürət və xidmət keyfiyyətindəki dəyişikliklər tarif siyasətinə necə təsir edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan İnformasiya Texnologiyaları üzrə mütəxəssis Əmrah Mövsümzadənin fikrincə, internet sürətinin artırılması qiymətə təsir etməməlidir:
“İnternet tariflərinin formalaşması telekommunikasiya infrastrukturuna yatırılan investisiyalar, beynəlxalq internet trafikinin dəyəri, fiber-optik şəbəkələrin genişləndirilməsi, avadanlıqların yenilənməsi, texniki xidmət, enerji və əməliyyat xərcləri, eləcə də bazardakı rəqabət mühiti kimi amillər asılıdır.
Tariflərin müəyyənləşdirilməsində istifadəçiyə təqdim olunan internet sürəti, şəbəkənin ötürmə qabiliyyəti, xidmətin davamlılığı və texniki dəstəyin keyfiyyəti də mühüm rol oynayır.
Sürətin artırılması özlüyündə internet tariflərinin bahalaşdırılması üçün avtomatik əsas hesab edilə bilməz. Operatorlar şəbəkənin modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi və infrastrukturun genişləndirilməsi istiqamətində ciddi investisiyalar həyata keçiriblərsə, müəyyən qiymət dəyişiklikləri iqtisadi baxımdan mümkündür”.
 

Ekspertin sözlərinə görəbelə olan halda qiymət artımı şəffaf şəkildə izah edilməli, istifadəçilərə təqdim olunan xidmətin keyfiyyəti buna uyğunlaşdırılmalı, yalnız kağız üzərində göstərilən yüksək sürət deyil, istifadəçinin gündəlik təcrübəsində hiss etdiyi real performans əsas meyar sayılmalıdır.


Ə.Mövsümzadə təqdim olunan internet sürətindən razı olmadığını vurğulayaraq qeyd edir:
“Praktikada isə istifadəçilərin hər zaman müqavilədə və ya reklam materiallarında göstərilən maksimum sürəti əldə etdiyini söyləmək düzgün olmaz. Mən özüm də internet provayderlərinin xidmətindən istifadə edirəm və açığını desəm, təqdim olunan sürətdən narazıyam.
İnternetin sürətinə eyni vaxtda şəbəkədən istifadə edən abonentlərin sayı, daxili şəbəkənin yüklənməsi, istifadə olunan modem və marşrutlaşdırıcı Wi-Fi siqnalının keyfiyyəti, serverlərin coğrafi yerləşməsi və digər texniki amillər təsir göstərir. Buna görə də xidmətin keyfiyyəti yalnız meqabit göstəricisi ilə deyil, gecikmə, paket itkisi, bağlantının sabitliyi və xidmətin fasiləsizliyi kimi göstəricilər əsasında qiymətləndirilməlidir”.
Mütəxəssis bildirir ki, kibertəhlükəsizlik baxımından da xidmətin keyfiyyəti mühüm əhəmiyyət daşıyır:
“Müasir dövrdə internet xidməti yalnız yüksək sürət demək deyil. Operatorlar istifadəçiləri DDoS hücumlarından qoruyan mexanizmlərə, DNS təhlükəsizliyinə, şəbəkə monitorinqinə, məlumatların bütövlüyünün qorunmasına və infrastrukturun dayanıqlılığına da investisiya yatırmalıdırlar. Çünki rəqəmsal xidmətlərdən asılılığın artdığı şəraitdə internetin fasiləsiz və təhlükəsiz işləməsi həm iqtisadiyyat, həm də dövlət xidmətləri üçün strateji əhəmiyyət daşıyır.
Qiymət və xidmət keyfiyyətinə nəzarət mexanizmləri mövcud olsa da, bu sahədə daha şəffaf və effektiv yanaşmaya ehtiyac var. Operatorların vəd etdikləri sürət göstəriciləri müstəqil şəkildə ölçülməli, xidmətin keyfiyyəti mütəmadi monitorinq edilməli və nəticələr ictimaiyyət üçün açıq şəkildə paylaşılmalıdır. Eyni zamanda, istifadəçi şikayətlərinin operativ araşdırılması, xidmət keyfiyyəti standartlarının dəqiq müəyyənləşdirilməsi və onların icrasına effektiv nəzarət bazarda sağlam rəqabətin formalaşmasına müsbət təsir göstərə bilər”.
Ə.Mövsümzadə əlavə edir ki, istifadəçi daha yüksək tarif ödəyirsə, bunun qarşılığında yalnız nəzəri sürət artımı deyil, daha stabil bağlantı, aşağı gecikmə, yüksək təhlükəsizlik və keyfiyyətli texniki dəstək əldə etməlidir.
Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyatın inkişaf etdiyi müasir dövrdə əsas prioritet sürətlə yanaşı etibarlılıq, davamlılıq və istifadəçi məmnuniyyətinin təmin edilməsidir.
Xədicə Paşayeva, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:248
embedMənbə:https://bizim.media
archiveBu xəbər 31 İyul 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri