Icma.az
close
up
RU
İntihar heç zaman həll yolu ola bilməz MÜNASİBƏT BİLDİRİLDİ

İntihar heç zaman həll yolu ola bilməz MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"İntihar — insanın Allahın ona bəxş etdiyi ömrə öz istəyi ilə müxtəlif vasitələrlə son qoymasıdır. Bu acı və ağır qərar, əslində, bir çıxış yolu deyil, ümidsizliyin və mənəvi boşluğun nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

O bildirib ki, son illərdə dünyada intiharların sayı ciddi şəkildə artmaqdadır: "Yaponiya, bəzi Avropa ölkələri və ABŞ bu sahədə ön sıralarda yer alır. Təəssüf ki, əvvəllər intiharların nisbətən az olduğu müsəlman ölkələrində də bu hal artmaqdadır. Bu artımın bir sıra səbəbləri vardır. Kapitalizm və bazar iqtisadiyyatı dövründə insanlar arasında maddi rifah fərqləri daha da dərinləşmiş, orta təbəqə demək olar ki, yox olmuşdur. Bir tərəfdə həddindən artıq var-dövlətə sahib olanlar, digər tərəfdə isə gündəlik ehtiyaclarını qarşılamaqda çətinlik çəkən insanlar meydana gəlmişdir. Bu sosial bərabərsizlik insanların psixoloji və mənəvi vəziyyətinə birbaşa təsir edir. Hər kəsin psixoloji gücü fərqli olduğundan, bəziləri bu çətinliklərə tab gətirə bilmir və çıxış yolunu intiharda görür.

İntihar heç zaman həll yolu ola bilməz. Hər bir insan bu dünyaya müəyyən bir missiya ilə göndərilmişdir. İnanc prizmasından baxdıqda, insan istənilən vəziyyətdə Allaha şükür etməli, Onun verdiklərinə razı qalmalı və daha yaxşısı üçün çalışmalıdır. Təəssüf ki, son 10–15 ildə bir çox cəmiyyətlərdə Allahdan uzaqlaşma və dəyərlərin aşınması müşahidə olunur. Bu isə mənəvi boşluq, ruhi sarsıntılar yaradır və nəticədə intihar hallarına yol açır. İnancı olmayan insanlar həyatda yalnız keçici ləzzətlərə bağlanır və bu ləzzətlər əldən getdikdə özlərini boşluqda hiss edirlər. Halbuki, inanc və mənəviyyat insana sabitlik, dözüm və ümid verir.

Ölkəmizdə də intiharların sayı əvvəlki illərlə müqayisədə artsa da, bu hələ Avropa və Yaponiyada olduğu qədər deyil. Bunun əsas səbəblərindən biri də cəmiyyətimizin müəyyən qədər dini və milli dəyərlərə sadiq qalmasıdır. Lakin vəziyyət getdikcə dəyişir və problem daha qabarıq şəkildə özünü göstərə bilər. Bəs çıxış yolunu harada axtaraq? İnanc və mənəviyyatın gücləndirilməsi bu problemin qarşısının alınması üçün əsas şərtdir. İnsanların dini və əxlaqi dəyərlərlə tanış olması, Allaha olan inamının artması ruhi boşluqları doldurur.

Psixoloji dəstək sistemi də inkişaf etdirilməlidir. Məktəblərdə, universitetlərdə və iş yerlərində psixoloji yardım mərkəzləri qurulmalı, insanlar çətinliklərini bölüşə biləcəkləri mühitlə təmin olunmalıdır. Sosial bərabərsizliyin azaldılması istiqamətində proqramlar həyata keçirilməli, dövlət və cəmiyyətlər yoxsulluğun qarşısını almağa çalışmalı, ehtiyac içində olan insanlara dəstək göstərməlidir. Maarifləndirmə işləri də gücləndirilməli, insanlara intiharın heç bir halda həll yolu olmadığı, əksinə, geridə daha böyük faciələr buraxdığı izah edilməlidir.

Eyni zamanda, insanların ailələri və yaxın çevrələri ilə daha sıx münasibətlər qurması, onları tək buraxmaması böyük əhəmiyyət daşıyır. İntihar müvəqqəti çətinliklərə verilən daimi və yanlış bir cavabdır. Hər bir insanın həyatı dəyərlidir və heç bir problem o həyatı sonlandıracaq qədər böyük deyil. Həyatın çətinliklərinə qarşı inanc, birlik və dəstək yolu ilə mübarizə aparmaq mümkündür. Ən önəmlisi isə insan öz yaradılışını, məqsədini və Allahla olan bağını unutmamalıdır. İntihar bütün səmavi dinlərdə böyük və bağışlanmaz günah hesab edilir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Sentyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri