İntihar xəbərlərinə belə cavab verdi “Məni öldürməyə çalışırlar?”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Barəsində intihar xəbərləri yayılan məşhur türkiyəli aktyor Ufuk Özkan iddialara cavab verib.
“Qafqazinfo” xəbər verir ki, o, “Gazete Magazin”ə xəbərləri təkzib edib:
“Məni öldürməyə çalışırlar? Yayda ağır rejimdə işlədim. Üz dərimdə ekzema xəstəliyi yarandı. Düşünürəm ki, studiya qrimi ilə bağlı meydana gələn bir şeydir. Buna görə vaxtaşırı xəstəxanaya girib-çıxıram. Evdə dincəlirəm. İki gündən bir yoxlanıram”.
Xatırladaq ki, dünəndən bəri aktyorun intihara cəhd etdiyi barədə iddialar yayılıb.
U.Özkan uzun müddətdir üçüncü dərəcəli qaraciyər sirrozundan əziyyət çəkir.
O, “Geniş aile”, “Zengin kız, fakir oğlan”, “Kalk gidelim”, “Hayat bazen tatlıdır” kimi seriallarda rol alıb.

Əsəd məni öldürməyə çalışıb
26 Dekabr 2024 10:01
“Məni öldürməyə cəhd etdilər” Zelenski
13 Fevral 2025 02:51
“Məni devirməyə çalışırlar” Orbandan şok ittiham
08 Fevral 2025 20:02
Gürcü müxalifətçi soydaşımızdan polisə şikayət verdi “Babayev məni öldürməyə cəhd edib”
30 Yanvar 2025 14:24
“Məni əvvəlcə Hitler öldürməyə çalışdı, indi isə Putin...“ Bundestaqda təsirli çıxış... VİDEO
30 Yanvar 2025 09:15

