Icma.az
close
up
RU
İntim görüntülərlə təhdidə görə cinayət məsuliyyəti nəzərdə tutulurmu?

İntim görüntülərlə təhdidə görə cinayət məsuliyyəti nəzərdə tutulurmu?

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi hər bir şəxsin şəxsi və ailə həyatının toxunulmazlığını təmin edir. Bu hüquq universal insan hüquqlarından biri olmaqla yanaşı, dövlətin və cəmiyyətin əsas dəyərlərindən hesab olunur. İstər sıravi vətəndaş, istərsə də dövlət qulluqçusu olsun heç bir şəxsin şəxsi həyatına qanunsuz müdaxilə, onun şəxsi və ya intim görüntülərinin yayılması, təhdid və ya şantaj məqsədilə istifadə edilməsi yolverilməzdir və ağır cinayət məsuliyyəti yaradır.
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi və ailə həyatına hörmət hüququ vardır. Heç kəsin şəxsi həyatına öz razılığı olmadan qarışmaq olmaz. Mobil telefon, kompüter və digər elektron vasitələrdə olan məlumatlar şəkillər, yazışmalar, video və səs qeydləri şəxsin öz razılığı olmadan əldə edilə və yayına verilə bilməz. Bu cür hərəkətlər yalnız şəxsin hüquqlarını pozmur, həm də dövlət tərəfindən cinayət kimi tanınır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi (Şəxsi və ailə sirrinin toxunulmazlığı) belə məlumatların qanunsuz yolla toplanmasını və yayılmasını cinayət əməli kimi nəzərdə tutur. Həmçinin, şəxsi həyatın sirrinin yayılması, kompüter sistemlərinə və ya məlumatlara qanunsuz müdaxilə, şantaj cinayət məsuliyyəti yaradır.
Ən ciddi hal isə bu cür məlumatların dövlət qulluqçuları və ya xüsusi səlahiyyətə malik şəxslər tərəfindən, yəni öz qulluq mövqeyindən istifadə etməklə əldə edilməsi və şəxsin təhdid edilməsi, ona psixoloji təzyiq göstərilməsi ilə müşayiət olunmasıdır. Bu halda cinayətin ictimai təhlükəliliyi daha da artır, çünki cinayət təkcə fərdi deyil, eyni zamanda dövlət sisteminə və vətəndaşın dövlətə olan inamına qarşı yönəlmiş olur.
Mobil telefonlara müdaxilə etməklə şəxsin “WhatsApp” yazışmalarını, şəxsi fotolarını, video və ya səsli mesajlarını icazəsiz yolla əldə etmək və bu məlumatlardan istifadə etməklə şəxsi şantaj və təhdid etmək yalnız etik deyil, həm də hüquqi cəhətdən ağır cinayət hesab olunur. Belə hallarda zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinə, Prokurorluq orqanlarına və ya Məhkəməyə müraciət etməklə hüquqlarını müdafiə edə bilər. Əlavə olaraq, "Fərdi məlumatlar haqqında" Qanuna əsasən, hər bir şəxsin şəxsi məlumatlarının qorunması dövlətin vəzifəsi olaraq təsbit olunmuşdur.
Nəticə etibarilə, şəxsi və intim həyata müdaxilə edən istənilən şəxs istər sadə vətəndaş, istərsə də vəzifəli şəxs olsun qanun qarşısında cavabdehlik daşıyır. Şəxsi həyatın toxunulmazlığı dövlət tərəfindən qorunan fundamental hüquqdur və bu hüququn pozulması hallarına qarşı həm hüquqi, həm də ictimai mübarizə aparılmalıdır. Heç bir şəxsin şəxsi həyatı onun əleyhinə silaha çevrilə bilməz belə hallar cəmiyyətin mənəvi təməllərini sarsıdır və dövlətin hüquqla idarə olunması prinsipinə ziddir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:504
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 İyul 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri