Icma.az
close
up
RU
İntiqam, Aslan, Dəniz... Ad onu sahib insanın ruhuna, xarakterinə, təbiətinə, taleyinə təsir göstərir

İntiqam, Aslan, Dəniz... Ad onu sahib insanın ruhuna, xarakterinə, təbiətinə, taleyinə təsir göstərir

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əgər insanın adının fonetik melodiyası insan ruhunda narahatlıq yaradırsa və ya onun daşıdığı ad həmin cəmiyyət tərəfindən birmənalı qarşılanmırsa, yaxud daşıdığı adın mənası mənfilik daşıyırsa və həmin insan şəxsinə adıyla müraciət edildiyi zaman əhval-ruhiyyəsində şüursuz dalğalanmalar hiss edirsə, adını dəyişdirmək istəyi anlaşılan və bir nöqtədə ehtiyac sayılır.

Təbii ki, hər bir valideyn övladına uyğun ad seçdiyini düşünür. Lakin burada bir məqamı vurğulamaq lazımdır ki, uşağa verilən hər gözəl ad uşağa uyğun ad ola bilməz. Uşağa qoyulan adların uşağın ruhuna uyğunluğunun önəmini vurğulayarkən bir nüansı da nəzərə almaq lazımdır. Bir çox valideyn övladına “gözəl” ad qoysa da, bəzən uşağın ruhuna “uyğun olmayan” adlar da seçirlər. Bu adların ən mühümü Allahın “qüdrət” və “əzəmət” ifadə edən adlarıdır. İnsan ruhunun öhdəsindən gələ bilməyəcəyi bu cür adları işlətmək psixoloji cəhətdən də düzgün deyil. Eyni zamanda İslam dininə də uyğun deyil.

Ruhunda sakitlik olan bir insanın həyatı boyu “Aslan” adlandırılması, o insanda ciddi çıxılmazlıq və əzab yaradacaq. Eynilə övladı Allahın əzəmətini ifadə edən adla çağırmaq da böyük səhvdir. Çünki Allahın adları insanları çatmaq üçün qeyri-mümkün bir nöqtəyə sürükləyir və bu da insanları ya mənfi, ya da müsbət anormal davranışlara məcbur edə bilər. Məsələn; Səməd adı... Səməd adı Allahın adlarındandır və mənası; “Heç bir şeyə ehtiyacı olmayan, amma hər şeyin ona ehtiyacı olan insan” deməkdir. Belə ad daşıyan uşağın təbiəti bu adla uyğun olacaq, yəni bu uşağın “təkəbbürlü”, “qürurlu” olmaması mümkün deyil. Davamlı olaraq “Sənə heç kimə lazım deyil” deyilən bir insan bunu reallaşdırmaq üçün qəribə bir şüuraltı səy göstərəcək və heç vaxt buna nail ola bilməyəcəyi üçün çata biləcəyi son nöqtə ancaq “qürur” və “təkəbbür” olacaq. Heç kimdən asılı olmamaq insana xas xüsusiyyət olmadığı üçün insanın kimdənsə asılı olmaqdan qaçmağa çalışdığı, özünü heç kimdən kömək almamağa motivasiya etdiyi, hər kəsin özündən aşağı olduğunu şüuraltı olaraq öz-özünə pıçıldadığı bir vaxtda “təkəbbür və qürur” mövqeyində olmasıdır.

Mütəxəssislərin fikrincə, Səməd adının ağırlığına boyun əyən uşaq, insanlığın bir çox ehtiyaclarını qarşılayacaq ixtiralar edə bilər, ancaq ondan gözlənilənləri çatdıra bilməyəcəyini anladığı an bacardığı işi dayandırar.

Nümunələri artırmaq mümkündür. Bəzən valideynlər uşaqlarına gözəl olsun deyə, heyvan adı verirlər. Məsələn; “Ceyran”, “Maral”, “Ahu”. Valideynlər övladlarına heyvan adları verərkən həmin heyvanın gözəl bir tərəfini təsəvvür etdikləri üçün və həmin adların əslində heyvana aid olduğunu düşünmədən cəmiyyətdə tez-tez istifadə olunduğu üçün seçirlər. Ancaq insan psixologiyası elədir ki, qoyulan adlar psixikaya təsir edir. Ceyran, maral, ahu və s. oxşar qəbildən ad daşıyan uşaqların həmin heyvanlara məxsus xüsusiyyətlərə malik ola biləcəyi istisna edilməməlidir.

Bəzən vaideynlər uşaqlarına cansız əşyaların və ya təbiət hadisələrinin də adını verirlər. Məsələn; Dəniz, Yağmur, Şəbnəm. Bu adlar nə qədər romantik səslənsə də, uşağın da bir o qədər kövrək və qırılqan olması ilə nəticələnir.

Heç kim deməsin ki, adlar insan taleyinə təsir etmir. Hamımız bizə qoyulan adların ağırlığını daşıyırıq və yaşayırıq. Bu səbəbdən də övladınıza ad seçərkən səslənməsinə deyil, mənasına fikir verin. Bu gün "Dəniz, Yağmur, Qaya" kimi adlar gözəl səsələnə bilər, amma bu adlar uşaqların taleyinə təsir etdiyi zaman qarşısını almaq əlinizdə olmayacaq...

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Mart 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see241

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see239

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see227

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see216

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see180

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see175

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see163

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see161

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see157

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see150

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see150

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see144

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see141

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see140

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see136

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri