Icma.az
close
up
RU
İntiqamın Vətən qisası

İntiqamın Vətən qisası

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Söhbət Masallıda anadan olanda İntiqam adı verilən, məlum Aprel döyüşlərində şəhid olmuş qardaşı Nurlanın və digər hərbçilərin qisasını İkinci Qarabağ müharibəsində alan igidlər-igidi soydaşımızdan gedir. Bu gün onunla - Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli ilə bütün el-oba, bütün xalq fəxr edir.

Qeyd edək ki, İntiqamla Nurlan 2016-cı ildə Lələtəpə uğrunda döyüşlərdə birgə iştirak ediblər. 20 yaşlı Nurlan o zaman igidliklə həlak olub və onun nəşini döyüş meydanından İntiqam özü çiynində çıxarıb. Nurlan ölümündən sonra III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib. Onu itirdiyi üçün yanıb-yaxılan böyük qardaş İntiqam, nəhayət, 2020-ci ildə başlanan savaşda düşmənlərə öz sözünü sonadək deyə bilib və Xüsusi Təyinatlıların kəşfiyyatçı giziri kimi misilsiz hünər göstərərək əbədiyyətə qovuşub.

İki şəhid anası Ziba xanım İntiqamla son görüşünü bütün təfərrüatı ilə xatırlayır: “O axşam bizimlə halallaşmaq üçün kəndə gəldi. Evdə təkcə mənə müharibənin başlayacağını söylədi və sonra da əlavə etdi ki, qardaşımın qisasını almasam, rahat olmaram. Həmin gün gecə saat 1-ə qədər danışdıq. Nurlanın xatirəsinə bir guşə düzəltmişik, İntiqam səhər saat 5-ə qədər o otaqdan çıxmadı. Sübh tezdən namaz qıldı və hava açılmamış getdi. Halallıq verdim, ehtiyatlı ol, ümidimiz

sənsən, – dedim balama. Axırıncı dəfə oktyabrın 18-i danışdıq. Dedim ki, anan qurban, kaş, quş olub uçaydım yanına, düşmənin birini sən vuranda, birini də mən vuraydım. Dedi ki, ana, ehtiyac yoxdur, burada elə igid oğullar var ki”...

İntiqam 2020-ci il noyabrın 8-nə qədər şərəfli döyüş yolu keçib. Xocavənddə, Kəlbəcərdə məğrur qartal kimi qıy vuranlardan, düşmən üstünə göz qırpmadan şığıyanlardan olub. Şuşada əlbəyaxa döyüşlərə və dağa dırmanma əməliyyatınadək iştirak edib. Komandiri ona geri qayıtmağı məsləhət görüb. Lakin İntiqam razı olmayıb. Deyib ki, öldü var, döndü yoxdur. Mən qarşıma qisas almağı məqsəd qoymuşam. Belə bir vaxtda geri çəkilsəm, anam məni bağışlamaz”. Və o, Şuşanın alındığı gün orada həlak olub.

Bu günlərdə Masallıya getmişdim. İcra hakimiyyəti aparatının qarşısındakı Zəfər meydanında “Dəmir yumruq” abidəsini, şəhidlərin şəkilləri vurulmuş lövhələri ziyarət elədim. Ön lövhənin sol tərəfindəki siyahıda Nurlan və İntiqamın adlarına rast gəldim. Vətən Müharibəsi Qəhrəmanı olduğuna görə, digər 4 eloğlusu ilə bərabər İntiqamın əzəmətli büstü də orada qoyulub. Bir neçə gün əvvəl – Anım günündə büstlərin önünə qoyulmuş güllərin heç biri solmamışdı. Həmişə təzə-tər olan xatirələri kimi. Düşündüm ki, şəhidlər ölmədikləri kimi, onların adına dərilən güllər də solmaq bilmir.

İntiqam Əsgərlinin təltif sənədində də yazıldığı kimi, o, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlər göstərib və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman misilsiz qəhrəmanlıq nümunəsi ilə fərqlənib.

...İndi Əsgərlilər ailəsində yenə də İntiqam deyə çağrılan bir igid böyüyür. Qəhrəman ata həlak olandan bir neçə ay sonra Nur adlı qız balasının qardaşı doğulub və ona atasının adını qoyublar.

Ə.DOSTƏLİ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see497

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see294

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see266

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see261

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see237

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see235

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see230

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see223

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see216

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see214

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see210

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see206

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see199

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see197

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see193

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see189

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see183

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see182

Almaniya ilk “F 35A” qırıcısını ABŞ dən təhvil alıb

19 Sentyabr 2026 04:54see175

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri