İntizam Komitəsi 1 ci liqa klublarını soymağa başladı! cərimə sanksiyalarında ağlasığmaz artım
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
AFFA İntizam Komitəsi futbol üzrə ölkə çempionatının 1-ci liqasıyla bağlı şok qərara imza atıb: yarışla bağlı cərimə sanksiyalarının məbləği ağlasığmaz dərəcədə artırılıb.
Bu, "Football-plus.az"ın araşdırması nəticəsində üzə çıxıb. Məlum olub ki, komitə 1-ci liqadan ötən "futbol ili"ylə müqayisədə daha çox "gəlir götürmək” eşqinə düşüb. Beləliklə, klublar yeni mövsümdən etibarən azı 4 sarı vərəqəyə görə 70 yox, 210, birbaşa qırmızı vərəqəyə görə 100 yox, 900, meydana kənar əşya atılmasına görə 80 yox, 700, azarkeşlərin pirotexniki vasitədən yararlanmasına görə 150 yox, 900 manat ödəməli olacaq!
Əlbəttə, artımların yalnız bu qayda pozuntularına şamil edilmədiyi bəllidi. Sadəcə, 1-ci liqa klubları ilk iki turda yalnız yuxarıdakı səhvlərə yol verib və bu üzdən ancaq həmin dəyişikliklərlə tanış olmaq mümkündü. Təbii ki, qarşıdakı turlarda digər cərimə sanksiyalarıyla bağlı yeni rəqəmlər də çıxacaq.
Əbəs deyil ki, AFFA İntizam Komitəsi qısa müddətdə mövsümlük cəriməni 45 min 710 manata çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 25 Sentyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















