Icma.az
close
up
RU
İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 28 sentyabr, AZƏRTAC

Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkə iqtisadiyyatının şaxələndirilməsi, yeni investisiya imkanlarının təşviqi və beynəlxalq biznes əlaqələrinin genişləndirilməsi baxımından mühüm platformaya çevrilib. Forumda ümumi həcmi 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalanıb. Bu göstəricilər Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna beynəlxalq investorların və biznes dairələrinin artan marağını nümayiş etdirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

O bildirib ki, forumda ümumi dəyəri təxminən 30 trilyon ABŞ dolları olan aktivləri təmsil edən şirkətlərin iştirakı Azərbaycanın beynəlxalq investorlar üçün cəlbedici tərəfdaş kimi mövqeyinin gücləndiyini göstərir. Bu baxımdan mühüm sual yaranır: investorlar nə üçün məhz Azərbaycanı seçirlər? Bu suala cavab verərkən, ilk növbədə, ölkədə mövcud olan siyasi və makroiqtisadi sabitliyi, müstəqil maliyyə və iqtisadi siyasəti, eləcə də formalaşmış əlverişli investisiya mühitini qeyd etmək lazımdır. Azərbaycan iqtisadiyyatı xarici investisiyalar üçün açıqdır və ölkəmiz investorlarla imzalanmış müqavilə və sazişlər üzrə öhdəliklərin icrasına sadiqliyi ilə seçilir. Bunun bariz nümunələrindən biri 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”dir. Müqavilənin icrasının 30 il ərzində ardıcıl şəkildə davam etməsi Azərbaycanın investorlar qarşısında öhdəliklərinə sadiqliyini nümayiş etdirən mühüm amillərdən biridir.

Azərbaycanın iqtisadi və enerji potensialı

“Azərbaycanın investisiya cəlbediciliyini artıran digər mühüm amil ölkənin geniş iqtisadi və enerji potensialıdır. Xüsusilə qeyri-neft sektorunda yeni investisiya imkanları genişdir. Bu baxımdan yaşıl enerji sektorunu xüsusi qeyd etmək lazımdır. Azərbaycanın bərpaolunan enerji potensialı xarici investorlar üçün mühüm imkanlar yaradır. Xüsusilə dənizdə külək enerjisi potensialının 157 giqavat səviyyəsində qiymətləndirilməsi bu sahənin böyük perspektivlərə malik olduğunu göstərir.

Azərbaycan yalnız enerji istehsalının artırılmasına deyil, həm də enerji saxlanc sistemlərinin və nəql infrastrukturunun inkişafına diqqət yetirir. Hazırda enerji saxlanc imkanlarının genişləndirilməsi, eləcə də Xəzər və Qara dəniz vasitəsilə yaşıl enerjinin ötürülməsi ilə bağlı layihələr üzrə iqtisadi-texniki əsaslandırma işləri aparılır. Bu istiqamətlər gələcəkdə investorlar üçün yeni imkanlar yarada bilər.

Yaşıl enerji ilə yanaşı, rəqəmsal iqtisadiyyatın inkişafı da Azərbaycanın investisiya gündəliyində mühüm yer tutur. Süni intellekt texnologiyalarının və data mərkəzlərinin inkişafı daha ucuz, etibarlı və dayanıqlı enerji mənbələrinə tələbatı artırır.

Nəqliyyat, logistika və regional bağlantı layihələri, dağ-mədən sənayesi

Xarici investorların diqqətini cəlb edən digər mühüm sahə nəqliyyat, logistika və regional bağlantı layihələridir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi ölkəmizin tranzit potensialını artırır. Cari ildə Azərbaycan ərazisindən daşınan tranzit yüklərin 16 milyon tona çatması və 2030-cu ilədək bu göstəricinin 25 milyon tona çatdırılması ilə bağlı hədəfin müəyyənləşdirilməsi nəqliyyat və logistika infrastrukturuna yeni investisiyaların cəlb edilməsini aktuallaşdırır.

Azərbaycanda investisiya baxımından perspektivli sahələrdən biri də dağ-mədən sənayesidir. Bu istiqamətdə ölkəmizin kifayət qədər böyük potensialı mövcuddur. Dağ-mədən sənayesinin inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramında müəyyənləşdirilən hədəflərin həyata keçirilməsi bu sahəyə xarici investisiyaların cəlb olunması üçün yeni imkanlar yarada bilər”,-deyə A.Badamov vurğulayıb.

Hədəflər: Süni intellekt və data mərkəzlərinin yaradılması

Deputat əlavə edib ki, süni intellekt və data mərkəzlərinin yaradılması istiqamətində də Azərbaycanın qarşısında mühüm hədəflər dayanır. Bu sahənin inkişafı üçün əsas üstünlüklərdən biri ölkəmizdə formalaşmış insan kapitalıdır.

İnvestisiya baxımından əhəmiyyətli istiqamətlərdən biri də ənənəvi olaraq neft-qaz sektorudur. Azərbaycanın bu sahədə hələ də əhəmiyyətli potensialı mövcuddur. Yeni yataqlar üzrə aparılan kəşfiyyat və tədqiqat işlərinin müsbət nəticə verməsi gələcəkdə neft-qaz sektorunda əlavə investisiya imkanlarının yaranmasına səbəb ola bilər. Forum çərçivəsində bu sahə ilə bağlı yeni sənədlərin imzalanması da sektora marağın davam etdiyini göstərir.

Azərbaycanın siyasi və makroiqtisadi sabitliyi, əlverişli coğrafi mövqeyi, enerji və tranzit potensialı, yaşıl enerji imkanları, insan kapitalı və yeni texnoloji istiqamətləri ölkənin xarici investorlar üçün təqdim etdiyi imkanları daha da genişləndirir. Bu baxımdan qarşıdakı dövrdə Azərbaycan iqtisadiyyatının daha da şaxələndirilməsi, qeyri-neft sektoruna investisiyaların artırılması, yeni texnologiyaların tətbiqi və beynəlxalq bağlantı layihələrinin genişləndirilməsi istiqamətində yeni addımların atılması gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri