İnvestorların bölgəyə marağı artıb AÇIQLAMA
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Tədbirdə Azərbaycanın investisiya, istehsal, innovasiya və regional dəyər zəncirlərində yeni imkanlar yaratmaq üçün mövcud potensialı təqdim olunub, ölkəmizin xarici sərmayə üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühiti, eləcə də strateji layihələrdə etibarlı tərəfdaş kimi mövqeyi nümayiş etdirilib.
Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə imzalanmış 23 sənədə əsasən ümumi dəyəri 10,8 milyard ABŞ dolları həcmində investisiya layihələrinin reallaşdırılması nəzərdə tutulur.
İqtisadçı Xalid Kərimli Ölkə.az-a açıqlamasında bildirib ki, belə forumlar investisiya imkanlarının təqdimatı və müzakirələri üçündür:
“Ölkəmizdə hazırda metallurgiya sahəsində proqram qəbul edilib və investor axtarır. Həmçinin yaşıl enerji istehsalı istiqamətində böyük proqramlar və hədəflər var, bu sahəyə də yatırımlar gözlənilir. Eyni istiqamətdə neft-qaz sənayesinə investorlar cəlb olunur. Hazırda bu istiqamətdə bir neçə sənəd imzalandı. Ümumiyyətlə, forum investisiya cəlbinin müzakirəsi üçün əlverişli platformadır və bura pul yatırmaqda maraqlı olan investorlara bizim layihələrin təqdim edilməsinə imkan yaradır”.
Ekspertin fikrincə, həm şimal, həm də cənub qonşularımızda müharibənin davam etdiyi bir vaxtda, Azərbaycan və Ermənistan arasındakı sülh regiona tranzit imkanları istiqamətində marağı artırıb:
“Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər və müharibə riskinin aradan qalxması bölgəyə marağı artırır.
İnvestisiya forumunun ölkə iqtisadiyyatına müsbət təsirlərinin olacağını gözləyə bilərik. Ümumilikdə, bu tədbirlərin, müzakirələrin, təqdimatların potensial faydaları mümkündür".
Könül
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 27 Sentyabr 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















