İnzaqi Əl Hilal klubu ilə müqavilə imzalayıb
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Simone İnzaqinin yeni ünvanı dəqiqləşib. İtaliyalı baş məşqçi Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası ilə 2 illik müqavilə imzalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, baş məşqçi Xorxe Xesusdan sonra təcrübəli çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.
Səudiyyə komandası imza mərasimindən sonra paylaşdığı kliplə yeni məşqçisini açıqlayıb.
İtaliyalı məşqçi yeni komandası "Əl Hilal"la ilk sınağını iyunun 18-də FIFA Klublararası Dünya Çempionatında "Real Madrid"ə qarşı keçirəcək.
Fərid
MİA.AZ
Baxış sayı:192
Bu xəbər 05 İyun 2025 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















