Icma.az
close
up
RU
İnzaqi İnter ilə bacarmadığını Əl Hilal ilə bacardı

İnzaqi İnter ilə bacarmadığını Əl Hilal ilə bacardı

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Klublararası Dünya Çempionatında pley-offun 3-cü günü böyük sürprizlərə səhnə oldu.

"Football-plus.az" xəbər verir ki, əvvəlcə ''Fluminense'' gözlənilmədən ''İnter''i 2 cavabsız qolla mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırdı.
Braziliyalıların rəqibi ''Mançester Siti'' ilə ''Əl-Hilal''ın duelində bəlli oldu. Xosep Qvardiolanın komandası təbii ki, aşkar favorit sayılırdı. Hər kəs ''şəhərlilər''in növbəti mərhələyə adlayacağını düşünürdü. Amma Simone İnzaqinin çalışdırdığı Səudiyyə Ərəbistanı nəhənginin bu mövzuda öz fikirləri var imiş. Hərçənd fasiləyə İngiltərə nəhəngi öndə yollandı. Bernardo Silvanın erkən qolundan sonra heç nə sürprizdən xəbər vermirdi. Amma ikinci hissə başlayan kimi ''Əl-Hilal'' qısa müddət ərzində 2 qol vurmağı bacardı.
Düzdü, komandanın üstünlüyü çox çəkmədi və Holann hesabı 2:2 etdi. Əsas vaxt bu hesabla bitdiyindən əlavə vaxt oynanıldı. Qol şousu yenə davam etdi və nəticədə ''Əl-Hilal'' 4:3 hesablı tarixi bir qələbə qazandı. Qvardiola məşqçi karyerasında ilk dəfə Klublararası Dünya Çempionatında məğlubiyyət acısı yaşadı.
Buna qədər onun çalışdırdığı klublar - ''Barselona'', ''Bavariya'' və ''Siti'' bu turnirdə keçirdiyi 11 oyununu hamısından qələbə ilə ayrılmışdı! Özü də bu klublar ümumilikdə 38 qol vurduqları halda öz qapılarından cəmi 4 top buraxmışdılar. Yəni Qvardiolanın kollektivləri buna qədər ümumilikdə 4 top buraxmışdısa, bu dəfə 120 dəqiqəyə eyni sayda qol buraxdı. İnzaqi isə 3-cü cəhddən nəhayət, ''Siti'' üzərində qələbə qazandı.
Maraqlıdı ki, o, ''İnter''lə bacarmadığını ''Əl-Hilal'' ilə bacardı. Təcrübəli mütəxəssis ''neradzurra''nın başında həm 2023-cü ildə Çempionlar Liqasının finalında (0:1), həm də ötən il ÇL-in əsas mərhələsində (0:0) ''Siti''yə qarşı qola və qələbəyə həsrət qalmışdı.
Beləliklə, ya ''Fluminense'', ya da ''Əl-Hilal'' KDÇ-nin yarımfinalında iştirak edəcək!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 İyul 2025 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri