Icma.az
close
up
RU
“İpək Yolu” forumunda vergi sistemlərinin modernləşdirilməsi gündəm olub

“İpək Yolu” forumunda vergi sistemlərinin modernləşdirilməsi gündəm olub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 5 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini İlkin Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənd şəhərində keçirilən XVIII “İpək Yolu” Vergi Forumunda iştirak edib.

DVX-dən AZƏRTAC-a bildirilib ki, forum Beynəlxalq Vergi və İnvestisiya Mərkəzi (ITIC) və Özbəkistan Respublikasının Vergi Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. 12 ölkənin nümayəndə heyətinin təmsil edildiyi foruma region ölkələrinin vergi orqanlarının, beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələri də qatılıb.

Forumun birinci günündə regionun iqtisadi inkişafı və vergi siyasətinə dair mühüm məsələlərə həsr olunmuş tematik sessiyalar keçirilib. Sessiyalar çərçivəsində regiondakı iqtisadi tendensiyalar, mövcud çağırışlar və imkanlar, fiskal siyasətə yanaşmalar, davamlı iqtisadi artımın təmin olunmasında vergi və gömrük islahatlarının rolu, vergi siyasətinin investisiyaların cəlb olunmasındakı əhəmiyyəti, vergi rejimlərinin sabitliyinin təmin edilməsi, inzibati yükün azaldılması, ƏDV sisteminin modernləşdirilməsi və beynəlxalq vergi əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib. Eyni zamanda, dolayı vergilərin, o cümlədən ƏDV və aksiz vergilərinin idarəetməsinin təkmilləşdirilməsi, büdcə daxilolmalarının sabitliyi, bu sahədə müasir tendensiyalar, mövcud təcrübələr, birbaşa vergilər və onların idarə olunması məsələləri nəzərdən keçirilib.

İkinci gün ƏDV sisteminin təkmilləşdirilməsi, effektiv ƏDV modelinin qurulmasının əsas prinsipləri və region ölkələrində tətbiqi xüsusiyyətləri, rəqəmsal iqtisadiyyatın və transsərhəd əməliyyatların vergiyə cəlb olunması məsələləri gündəmə gətirilib. Kriptovalyutalar və rəqəmsal aktivlərin vergi aspektləri, vergi qaydalarının şəffaflığının və müəyyənliyinin təmin edilməsi, transfer qiymətləri sahəsində əməkdaşlıq, eləcə də beynəlxalq təşəbbüslər diqqətə çatdırılıb. Forum çərçivəsində transsərhəd vergitutmasının texniki məsələləri, ikiqat vergitutmanın tənzimlənməsi və əvvəlcədən qiymət razılaşmaları (Advance Pricing Agreements – APA) mexanizmləri də müzakirə olunub. Azərbaycan nümayəndə heyəti beynəlxalq vergitutma və transfer qiymətləri, ikiqat vergitutma sazişləri üzrə vergi siyasəti, aksiz vergiləri sahəsində təqib və izləmə sistemləri üzrə təqdimatlar edib.

Forum region ölkələri arasında vergi sahəsində əməkdaşlığın inkişafı və beynəlxalq təcrübənin paylaşılması baxımından mühüm platforma olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri