Icma.az
close
up
RU
İpək Yolu üzərində strateji körpü: Vyetnam Azərbaycanın nəqliyyat imkanlarına maraq göstərir

İpək Yolu üzərində strateji körpü: Vyetnam Azərbaycanın nəqliyyat imkanlarına maraq göstərir

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vyetnam rəhbərinin Azərbaycana dövlət səfəri münasibətlərin daha da dərinləşməsində yeni bir səhifə açacaq


Azərbaycan-Vyetnam münasibətləri təkcə son 30 illik diplomatik əlaqələrlə məhdudlaşmır; bu dostluq 1950-ci illərə qədər gedib çıxır



Ötən gün Prezident İlham Əliyevlə Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında diplomatik münasibətlərin 30 il ərzində mövcud olmasına baxmayaraq, dostluq təmaslarının hələ keçən əsrin 50-ci illərinin sonlarına təsadüf etdiyi vurğulanıb. Həmin dövrdən etibarən Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, mərhum Heydər Əliyevin isə SSRİ rəhbərliyində olduğu zaman Vyetnama səfərləri məmnunluqla xatırlanıb. Azərbaycan-Vyetnam əlaqələri yeni deyil. Hələ Azərbaycan sovetlərin işğalı altında olanda belə bu ölkə ilə Azərbaycan SSR arasında mədəni, elmi sahədə əlaqələr var idi. 1959-cu il iyulun 23-də Prezident Ho Şi Min Azərbaycanın paytaxtı Bakıya səfər edib. Hanoyda Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycanın Vyetnamdakı səfirliyi ilə birgə 2019-cu il iyulun 23-də ölkə paytaxtı Hanoyda bu səfərin 60 illiyinə həsr olunan tədbir keçirilmişdi. Tədbirdə Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, rəsmi şəxslər, Azərbaycanda təhsil almış və işləmiş tələbələr iştirak etmişdilər. Azərbaycan bu ölkədə humanitar istiqamətdə fəaliyyətini dayandırmayıb. Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, ölkədə fəal surətdə müxtəlif layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri zamanı vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Vyetnamın milli azadlıq, ərazi bütövlüyü, milli dövlət quruculuğu uğrunda mübarizəsi ilə dünya ictimaiyyəti tərəfindən sayğı ilə yad edilir, örnək sayılır. Bu istiqamətdə Fransa müstəmləkəçilərinə, ABŞ neokalonializminə qarşı yüz illik mübarizədən, savaşdan Vyetnam xalqı qalib çıxıb. Torpaqlarını işğaldan təmizləmiş Azərbaycan da milli azadlığı, ərazi bütövlüyü, Rusiya və Sovet imperiyasına qarşı mübarizəsi ilə oxşar tale yaşayıb. Müasir Vyetnam şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizində çox maraqlıdır. O, Hind okeanı vasitəsilə İran üzərindən Azərbaycan və Rusiyaya, həmçinin cənub-qərb istiqamətində Avropa marşrutu ilə yüklərini ixrac etmək imkanına malikdir. Habelə şərq-qərb nəqliyyat dəhlizi üzrə Vyetnam-Çin-Qazaxısan-Azərbaycan və Avropa istiqaməti üzrə nəqliyyat məsələlərində Vyetnam tərəfi üçün də maraqlıdır. Bu, Vyetnamın ixracat marşrutlarının şaxələndirilməsində maraqlı olduğunun göstəricisidir. Odur ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaxşı imkanlar yaradacağı istisna edilmir. Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində də iki ölkə arasında əlaqələrin keçmişi və indiki vəziyyətindən bəhs edərək deyib: “Mənim 2014-cü ildə ölkənizə dövlət səfərim və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi. Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi”. Prezidentin müsahibəsində iki ölkənin beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatında səmərəli əməkdaşlıq edirlər. İki ölkə arasında iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası fəaliyyət göstərir. Ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir. Prezident İlham Əliyev müsahibəsində vurğulayıb ki, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. O qeyd edib ki, iki ölkə neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir: “2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb”. Bu əlaqələrin inkişaf etməsi üçün regiondakı şəraitdən Vyetnamın da yararlanması üçün Azərbaycan ona ənənəvi yardımını və dəstəyini verə bilər. Çünki Azərbaycanla Vyetnam ötən əsrdən bir-biri ilə elan edilməmiş tərəfdaşdır.


Millət vəkili Vüqar Bayramov Sherg.az-a deyib ki, son illər Vyetnam ilə Azərbaycan arasında münasibətlərin dərinləşməsi müşahidə olunur. Deputatın sözlərinə görə, pandemiyadan sonra iki ölkə arasındakı ticarət dövriyyəsində də artımlar müşahidə edilməkdədir:

seeBaxış sayı:99
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 May 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri