Icma.az
close
up
RU
iPhone ların yeni problemi: Ekranda görünən qara ölüm nöqtəsi nədir?

iPhone ların yeni problemi: Ekranda görünən qara ölüm nöqtəsi nədir?

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzi "iPhone 16" istifadəçiləri sosial şəbəkələrdə və "Reddit" platformasında ekranın yuxarı hissəsində qəfil yaranan kiçik, qara bir ləkədən şikayətlənməyə başlayıblar.

Qaynarinfo xəbər verir ki, istifadəçilər bu nöqtənin qəfil ortaya çıxmasının təşvişə səbəb olduğunu bildirirlər. Görünüşcə "Apple" şirkətinin "Dinamik ada" dizaynını xatırlatsa da, bu problem əslində texniki nasazlığın əlaməti kimi görünür.

İstifadəçilərin sözlərinə görə, cihazı yenidən başlatmaq belə bu nöqtənin yox olmasına səbəb olmur. Bu isə problemin proqram təminatından deyil, məhz aparat hissəsindən qaynaqlandığını göstərir. Sosial mediada bu problemə artıq "Black Dot of Death – Qara ölüm nöqtəsi" adı verilib.


"Reddit" istifadəçiləri nə deyir?

Bəzi istifadəçilər problemi belə təsvir ediblər:

* "Məndə də eyni problem oldu, iPhone 16 Pro cihazımın ekranını dəyişməli oldum”.

* "Küncdə kiçik yarım dairə yarandı. Apple zəmanət çərçivəsində ekranı dəyişdi”.

* "OLED panel zərbəyə bağlı zədələnib. Qara nöqtə böyüməyə davam edəcək, nəhayətində ekran dəyişdirilməlidir”.

Problemin həlli varmı?

Əgər cihazınız zəmanət və ya "AppleCare+" proqramı çərçivəsindədirsə, ekranın pulsuz dəyişdirilməsi mümkündür. Zəmanət yoxdursa, ekran dəyişimi əlavə xərc tələb edəcək. Hazırda bu problemi aradan qaldırmaq üçün ekran dəyişimi yeganə həll yolu hesab olunur.

Əsas narahatlıq ondadır ki, bu kiçik qara nöqtə zamanla yerində qalmır və böyüyərək bütün ekranı bürüyə bilir. Bu isə o deməkdir ki, "iPhone 16" ekranı "ölməyə” başlayır. Əvvəlcə bu problemin xarici zərbə nəticəsində baş verdiyi düşünülə bilər, lakin ehtimallara görə bu, cihazın daxili dizaynı ilə bağlı olaraq müəyyən bir komponentin həddindən artıq qızması və ya elektriksel nasazlıq səbəbilə ekranın müəyyən hissəsinin yanması ilə bağlı ola bilər.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 İyul 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri