Icma.az
close
up
RU
iPhone un istehsalından 3 il əvvəl ona milyardlarla dollar yatıran dəli yapon: Salfet üzərində müqavilə...

iPhone un istehsalından 3 il əvvəl ona milyardlarla dollar yatıran dəli yapon: Salfet üzərində müqavilə...

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"SoftBank şirkətinin yapon qurucusu və baş icraçı direktoru Masayoşi Son dostları və rəqibləri tərəfindən sadəcə "Masa" kimi tanınır. O, XXI əsrin ən güclü iş adamlarından biri hesab edilsə də, şöhrəti bu gücü ilə müqayisədə o qədər də böyük deyil.

Qaynarinfo "Wired"ə istinadən xəbər verir ki, Masayoşi Son 1957-ci ildə Yaponiyanın Kyuşu adasındakı Tosu şəhərində anadan olub və burada böyüyüb. Hər zaman zövqlə və rahat geyinən, boyu 1.65 metr olan bu şəxs bir neçə il Kaliforniyada da yaşayıb. Onun xarizması olsa da, tez bir zamanda darıxdığı deyilir. Tokiodakı ofisində ziyarətçilərinə adətən beş dəqiqə, bəzən isə maksimum iki saat vaxt ayırır.

"Masa" həm proqram təminatı distribütoru, həm də genişzolaqlı internet və mobil operator bizneslərində fəaliyyət göstərib. Hazırda isə "SoftBank Vision Fund" vasitəsilə dünyanın ən böyük startap sərmayəçilərindən biridir. Son 20 ildə idarə etdiyi aktivlərin və sərmayələrinin ümumi dəyəri 1 trilyon dollara çatır. 2023-cü ilin dekabrında ABŞ-ın keçmiş prezidenti Donald Tramp ilə görüşüb və ölkəyə 100 milyard dollar sərmayə qoyacağına söz verib. O, həmçinin "OpenAI"ın 500 milyard dollarlıq süni intellekt layihəsi çərçivəsində Trampı Ağ Evdə ziyarət edən üçlükdən biri olub.

"Masa"nın biznes həyatı ilə bağlı bir çox maraqlı hekayə mövcuddur. Çin internet nəhəngi "Alibaba"nı cəmi altı dəqiqəlik bir görüşdən sonra maliyyələşdirməsi, "Google"ın keçmiş işçisi Nikeş Arora ilə bir salfet üzərində 320 milyon dollarlıq müqavilə bağlaması bunlardan yalnız bir neçəsidir. Lakin, Lionel Barber tərəfindən yazılmış yeni "Gambling Man" adlı bioqrafiyada müəllifin ən çox diqqət yetirdiyi hadisə "Apple" və Stiv Cobs ilə bağlıdır: "Masa"nın "iPhone"u qlobal gücə çevirmək üçün Cobsun beyninə bir "toxum" əkdiyi iddia edilir.

"Bunu yalnız Stiv Cobs edə bilərdi"

"Masa" və Cobsun münasibəti olduqca yaxın və özəl olub. Hər ikisi özünə inamlı, gələcəyi görmək bacarığı olan, avtoritar xarakterə malik üsyankar şəxslərdir. Hər ikisi texnologiya, estetika və istehlakçı davranışları barədə dərin anlayışa sahib olub.

Masayoşi Sonun Tokiodakı ofisində vaxtilə divara düzülmüş 50 fərqli telefon olub. Bu, "SoftBank"ın yeni məhsul dizaynı barədə qərar verməzdən əvvəl bütün bazar imkanlarını incələməsi üçün idi. Bununla yanaşı, "Masa" tez-tez "Apple"ın 1997-ci ildəki məşhur "Think Different" (Fərqli düşün) reklam kampaniyasından sitatlar gətirib:

"Dünyanı dəyişən insanlar, onu dəyişə biləcəklərinə inanacaq qədər dəli olanlardır".

"Masa" və Cobs ilk dəfə 1980-ci illərin ortalarında Las-Veqasdakı "Comdex" sərgisində tanış olublar. 1998-ci ildə isə "Oracle"ın rəhbəri Larri Ellisonun Kaliforniyadakı evində, kiraz ağacının altında ilk ciddi söhbətlərini ediblər.

"Masa" həmin günü belə xatırlayır:

"Mən internetə yönəldiyimi dedim və o da gələcəyin internetdə olduğunu qəbul etdi".

Onlar dotcom balonunun partlamasından sonra texnologiyanın necə inkişaf edəcəyini müzakirə ediriblər. Hər ikisi yeni bir dövrün başlandığını anlayıb.

2005-ci ilin yayında Masayoşi Son Kaliforniyaya səfəri zamanı Stiv Cobsa böyük ekranlı, "Apple" əməliyyat sistemli mobil cihaz eskizini göstərib. Cobs bu dizaynı bir qədər lağa qoysa da, "Masa" ondan bir söz alıb:

"Tamam, sənə yazılı heç nə verməyəcəyəm, amma məhsulu hazırladığımda Yaponiyadakı eksklüziv hüququ sənə verəcəyəm".

17 milyard dollarlıq risk

Bu sözdən sonra "Masa" qərarını verib. O, 2006-cı ilin mart ayında "Vodafone Japan"ı 17 milyard dollara satın alıb. İki həftə sonra isə Stiv Cobs Tokiyoya uçaraq, Masayoşi Son ilə görüşüb. "Masa" ona deyib:

"Sən mənə heç bir yazılı sənəd vermədin, amma mən sənin sözünə inanaraq 17 milyard dollarlıq sərmayə yatırdım. İndi isə verdiyin sözə əməl etməlisən!"

Cobs gülümsəyib və cavab verib:

"Masa", sən dəli bir adamsan. Amma dediyimizi edəcəyik".

Nəticədə "SoftBank" "iPhone"un Yaponiyadakı rəsmi distributoru olub. Cobs və "Masa" arasındakı bu qeyri-rəsmi anlaşma "NTT Docomo" kimi güclü bir rəqibin qarşısında "SoftBank"a inanılmaz üstünlük qazandırıb.

2008-ci ildə "iPhone 3G" rəsmi olaraq Yaponiyada satışa çıxarılıb və "SoftBank" Mobile qısa müddətdə ölkənin ən böyük mobil operatorlarından birinə çevrilib. Cobs və "Masa" arasındakı bu əməkdaşlıq "iPhone"un Yaponiyadakı uğurunun əsas səbəblərindən biri olub.

Masayoşi Sonun növbəti hədəfi: süni intellektin "iPhone"u

"iPhone" sayəsində "Masa "SoftBank Mobile"i Yaponiyanın lider mobil operatoruna çevirib. 2013-cü ildə "Sprint"in nəzarət paketini alıb və sonradan "T-Mobile" ilə birləşdirərək ABŞ telekommunikasiya bazarında güclü bir oyunçuya çevrilib.

Bu gün Masayoşi Son texnologiyaya olan marağını süni intellekt sahəsinə yönəldib. O, süni ümumi intellektin (AGI) dünyanı mikroçiplər, internet və mobil telefonlardan daha çox dəyişdirəcəyinə inanır.

"SoftBank" 2024-cü ilin yayında "OpenAI-a 500 milyon dollar sərmayə qoyub. Daha əvvəl yayılan xəbərlərdə Masayoşi Sonun Sem Altman və Coni Uve ilə birlikdə süni intellektin "iPhone"u olacaq bir cihaz yaratmaq üçün 1 milyard dollar sərmayə yatırmağa hazır olduğu iddia edilib. Əgər bu plan gerçəkləşərsə, bu, Ctiv Cobs və Masayoşi Son dostluğunun texnologiya dünyasına qoyduğu irsin davamı olacaq...

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Fevral 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see183

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see127

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see127

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri