Icma.az
close
up
RU
İpoteka kreditləri ilə bağlı AÇIQLAMA KONKRET

İpoteka kreditləri ilə bağlı AÇIQLAMA KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“Orta maaş alan şəxs ev ala bilmir. İpoteka şərtləri, bank kreditləri arzuolunan səviyyədə deyil. Mütləq buna bir əncam çəkməliyik. Demoqrafik vəziyyət çox acınacaqlı şəraitə gətirib çıxara bilər. Hələlik həyəcan təbili çalmağa əsas yoxdur, ancaq ciddi problemlər yaranmaqdadır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa Barometr TV-də yayımlanan “Rövşanə ilə Gündəm” verilişində deyib.

Deputatın sözlərinə görə, ipoteka kreditlərində olan faizlər mütləq azaldılmalıdır: “Necə ki hakimlər və ya başqaları üçün 4 faizə endirildi, imtiyazı bütövlükdə gənclik kateqoriyasında olan insanlara şamil etməliyik. Bu təkcə ipoteka götürənin problemi deyil, eyni zamanda kredit götürən sahibkarların da problemidir. Sahibkarlığın inkişafına daha çox diqqət ayırsaq, problemlərin çoxu həll olunacaq. Sahibkar bazarda öz mövqeyini möhkəmlətmək üçün mütləq tələbata uyğun olaraq binalar tikəcək, orada da qiymətləri elə şəkildə edəcək ki, satılsın və yeni perspektivdə öz bisnezini davam etdirsin. Bu, bir çox ölkədə təcrübədən keçmiş vəziyyətdir. Biz sahibkara da o krediti verə bilmirik. İpoteka məsələsinə çox ciddi yanaşmalıyıq. Çox sayda insan məhz bu səbəbə görə evlənə bilmir. Bunu bir az da qadınlar üçün əlçatan etməliyik ki, bir çox qadınların ən böyük arzusu müstəqil evlərinin olmasıdır. Həyat yoldaşı, özü də yoxsul oldusa, bu, kiminsə himayəsində yaşamalıdır. Bu isə insan şəxsiyyəti üçün ağır müddətdir, prosesdir”.

F.Mustafa bildirib ki, ilk olaraq kredit şərtləri qaydaya salınmalıdır: “Hələ bank olmayan kredit təşkilatları öz istədiyi faizlə kredit verir. Biz alternativlər yaratmışıq ki, vətəndaşlar heç olmasa müəyyən dərəcədə rahatlıqla alsın, amma faizlər orada daha çoxdur. Liberallaşmağa getməyə çalışmalıyıq. Bu zaman bir çox məsələlər qurumların yenidən dəyişimi, formalaşması yolu ilə xırda problemlərin həllini çözmək mümkün olacaq. Ona doğru ciddi islahatlar aparmağa ehtiyac var”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 İyun 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri