İpoteka qaydalarında dəyişiklik edildi FƏRMAN
Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na dəyişiklik edilib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti fərman imzalayıb.
Dəyişikliyə əsasən, 3.1.8-ci yarımbəndə “faizindən” sözündən sonra “(Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahəsinin qiymətinin 90 faizindən)” sözləri əlavə olunub.
3.1.10-cu yarımbəndin birinci cümləsinə “faizindən” sözündən sonra “(Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahəsinin alınması məqsədilə verilən kredit məbləği üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 75 faizindən)” sözləri əlavə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 16 İyul 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















