İpoteka və Kredit Zəmanət Fondu qələm, karandaş, pozan, qovluq ala bilmir
Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.
İpoteka və Kredit Zəmanət Fondunun dəftərxana mallarının alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Qeyd olunub ki, dəyəri 47 893 AZN olan satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Siyahıya qələm, karandaş, pozan, qovluq və s. daxil olub.
Cabir

