İpoteka və Kredit Zəmanət Fondu investisiya şirkəti seçir
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İpoteka və Kredit Zəmanət Fondu 2,25 milyard manatlıq qiymətli kağızlarının öhdəlik götürmədən yerləşdirilməsi üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
İddiaçılar (investisiya şirkətləri) təkliflərini yanvarın 10-na qədər Fondun yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 ünvanına təqdim edə bilərlər.
Təkliflərə yanvarın 10-da, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.
Anderrayter xidmətləri qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə uyğun olaraq 3 il ərzində göstərilməlidir. İşlərin ehtimal olunan dəyəri 150 min manatdır.
Bu mövzuda digər xəbərlər:İpoteka və Kredit Zəmanət Fondu daha 1 sığortaçı seçir
30 Noyabr 2024 14:49
İpoteka və Kredit Zəmanət Fondu yeni mənzillər alır
19 Dekabr 2024 13:33
İpoteka və Kredit Zəmanət Fondu mediatur təşkil edib
24 Dekabr 2025 17:21
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
25 Noyabr 2024 11:11
Baxış sayı:154
Bu xəbər 13 Dekabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















